Bir müddət əvvəl 200-dən çox məktəbli qızı oğurlayaraq dünya gündəminə düşən qruplaşma üzvləri ilə artıq heç bir danışıqlar aparılmayacaq Afrika liderləri Boko Haram silah qruplaşmasına qarşı müharibə elan edib. Bir müddət əvvəl 200-dən çox məktəbli qızı oğurlayaraq dünya gündəminə düşən qruplaşma üzvləri ilə artıq heç bir danışıqlar aparılmayacaq.
Fransanın paytaxtı Parisdə keçirilən Afrika sammitində liderlər belə bir qərara gəliblər. Nigeriya prezidenti Qudlak Conatan çıxışı zamanı qeyd edib ki, Boko Haram əvvəllər müəyyən dini prinsipləri olan hər hansı bir yerli silahlı qruplaşma idisə, indi bu qruplaşma tamamilə əl-Qaidənin bir hissəsi kimi fəaliyyət göstərir.
Conatan qızların ailələrinə geri qaytarılması üçün hökumət olaraq əllərindən gələni edəcəklərini bildirib: "Qızlar harada olur olsun, onları ailələrinə qovuşdurmaqda qətiyyətliyik. Hazırda ölkənin şimal-şərq hissəsində 20 mindən çox əsgər yerləşdirilib".
Sammitin təşəbbüskarı olan Fransaprezidenti Fransua Oland öz növbəsində Boko Haramın Qərbi və Mərkəzi Afrikada ölkələri üçün böyük təhlükə mənbəyi hesab edib. Olland qruplaşmaya müdaxilə etmək üçün regional planının da olduğuu açıqlayıb.
"Xüsusilə Çad gölü ətrafında kəşfiyyat koordinasiyası qurmaqla, informasiya paylaşmaqla təhlükə müşahidə olunduğu anda onlara qarşı müdaxilə olunacaq" - deyə Oland qeyd edib.
Qızların oğurlanmasına qarşı çıxan fəal qruplar ötən gün paytaxt Abucada aksiya keçiriblər. "Qızlarımızı geri gətirin" adlı qrup, demək olar ki, fasiləsiz şəkildə hökumətə qarşı aksiyaları davam etdirir.
Boko Haram üzvləri elan ediblər ki, qızların qərb təhsili alması qadağan olunmalı və onlar ərə getməlidirlər.