Braziliyada məhbuslar 120 nəfəri girov götürdülər

18-05-2014, 14:00   
Braziliyada məhbuslar 120 nəfəri girov götürdülər
Braziliyanın Serjipi ştatındakı həbsxanada qiyam qalxıb.

Qiyamçılar 122 nəfəri girov götürüblər.

Həbsxananın nümayəndəsi Sandra Melunun dediyinə görə, girovların əksəriyyəti ziyarətçilər, yəni elə məhbusların yaxınları və qohumlarıdır. Melu bildirib ki, çaxnaşma həbsxananın yalnız bir hissəsindədir.

Girov götürülənlər arasında ən az 4 mühafizəçinin olduğu deyilir. Hüquq mühafizə orqanları əməkdaşlarının dediklərinə görə, hələlik girovların həyatı üçün təhlükə yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.