Deputatın kürəkəni paytaxtın mərkəzində atışdı - 4 yaralı

18-05-2014, 14:02   
Deputatın kürəkəni paytaxtın mərkəzində atışdı - 4 yaralı
İrəvanın mərkəzindəki “Versinaj” yarmarkası qarşısında 5 nəfərin yaralanması ilə nəticələnən atışmanın təfərrüatları bəlli olub. Musavat.com-un erməni mənbəyinə istinadən verdiyi məlumata görə, güllə atan hakim partiyanın deputatı Karo Karapetyanın kürəkəni imiş.

Məlumatlara görə, deputatın kürəkəni öz maşınında yeraltı duracaqdan çıxarkən ona başqa maşın mane olub. Bu zaman mübahisə düşüb və o, odlu silahdan atəş açmağa başlayıb.

Hadisə nəticəsində ərazidən keçən daha 4 nəfər yaralanıb. Hadisə Karapetyanın maşında olan qızının gözü qarşısında baş verib. Cinayətkarın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.