Fransanın keçmiş prezidenti Jak Şerakın dövründə baş nazir olmuş Dominik de Vilpenin qızı Mari “Lui” kişi jurnalı üçün soyunub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu addımı ilə qalmaqala səbəb olan 29 yaşlı nazir qızı yarıçılpaq şəkil çəkdirməsinin atasının imicinə zərbə vurub-vurmaması ilə bağlı suala belə cavab verib:
“Mən kifayət qədər yaşı olan qadınam. Sinəmi və ya ayaqlarımı nümayiş etdirməyim mənim üçün problem deyil. Bu cür məhdudiyyətləri aşın artıq”.
Müğənni-model kimi fəaliyyət göstərən Mari atasının siyasətçi olmasından xoşu gəlmədiyini, elə bu səbəbdən hər zaman medianın diqqətini çəkdiyini sözlərinə əlavə edib.