Orxan Zeynalovdan xəbər var

18-05-2014, 21:06   
Orxan Zeynalovdan xəbər var
Ötən ilin payızında Moskvanın Biryulevo rayonunda qətl törədərək iğtişaşlara səbəb olan, “Biryulevo qatili” kimi məşhurlaşan Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanıldığı “Matrosskaya tişina” təcridxanasının rəhbərliyini boğaza yığıb.

Təcridxana rəhbərliyi “Moskovskiy komsomolets” qəzetinə açıqlamasında O.Zeynalovun son illərdə orada saxlanılan “ən problemli məhbus” olduğunu deyib.

Xəbərdə bildirilir ki, O.Zeynalovun günü karserdə keçir və o, təkadamlıq kameraya salınma üzrə bütün rekordları vurub keçib.

Xatırkadaq ki, O.Zeynalov Biryulevo sakini Yeqor Şerbakovu bıçaqlayaraq öldürməkdə ittiham olunur. Bu qətl Moskvada iğtişaşlara və Zeynalovun işlədiyi “Pokrovka” bazarına hücuma, daha sonra bazarın bağlanmasına səbəb oldu. Rusiyada miqrantlara qarşı kütləvi reydlər başladı.

Moskva təcridxanalarının İctimai Nəzarət Komissiyasının üzvləri bu günlərdə “Matrosskaya tişina”da O.Zeynalova baş çəkiblər. Həmin vaxt o, karserə salınıbmış. Karserdə 7 gün saxlanılan O.Zeynalov deyib ki, onu tez-tez bu cür cəzalandırırlar.

Təcridxananın administrasiyası təsdiq edib ki, məhbus özünü çox aqressiv aparır, tez-tez mübahisə edir, daxili qaydalara tabe olmaq istəmir və bu üzdən onu vaxtaşırı olaraq karserə salmalı olurlar.

O.Zeynalov özü də karserə salınmasının haqlı olduğunu şübhə altına almır. Ancaq şikayətlənir ki, müstəntiq ona yaxınları ilə görüşməyə icazə vermir. Bu günlərdə Zeynalovun işi baxılmaq üçün məhkəməyə göndərilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.