İran üzərindən sanksiyaların götürülməsi onun iqtisadi gücünü artıracaq.
Axar.az xəbər verir ki, bu sözləri BBC televiziyasına açıqlamasında analitik Kevin Konnoli deyib.
Onun sözlərinə görə, İranın iqtisadi gücünün artması Yaxın Şərqdə silahın daha çox artmasına səbəb olacaq:
“İran İraqdakı şiələri, Hizbullahı, Livan hərbi qüvvələrini maliyyələşdirir. Yaxın Şərqdəki münaqişə ocaqları olan İraq və Suriyada bundan sonra konfliktlər sünni və şiələr arasına keçə bilər. İranın daha çox pul və silaha sahib olması bu münaqişəni qızışdıracaq. ABŞ çox güman ki, İsrailin İranın yenidən silah alması haqqında qorxularından xəbərdardır. Bundan əlavə isə Rusiya və Çin yenidən İrana özlərinin əsas müştəriləri kimi silah satmaq istəyirlər. Yaxın Şərqdə həmçinin yenidən silah yarışması başlaya bilər ki, bu da əsl fəlakətə çevriləcək”.