Bakıda Türkiyə vətəndaşı ölü tapıldı

18-05-2014, 21:11   
Bakıda Türkiyə vətəndaşı ölü tapıldı
Türkiyə vətəndaşı olan bir nəfərin Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

FHN-nin “112” qaynar telefon xəttinə hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbədəki mənzilin qapısını bayır tərəfdən açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən 1967-ci il təvəllüdlü Ahmed Eser oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Eser oğlunun vəfat etdiyi müəyyən olunub.

Onun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.