Meqastar Tarkan 22 illik dostu, aranjimançı Ozan Çolakoğlu ilə işbirliyinə son qoyub.
Sevgilisi Gülşənin layihələrinə başı qarışan Ozan Çolakoğlu bununla da Tarkanın qəzəbinə səbəb olub.
Deyilənlərə görə, tərəflərin arasındakı münasibət Ozanın “Aysel Gürələ hörmət” albomunda Gülşənə yer verməsindən sonra soyuqlaşıb. Daha sonra isə Çolakoğlu əsas layihələrində Murat Boz və Gülşəni önə çəkib . Dostu Çolakoğlu ilə yollarını ayıran Tarkan 2015-ci ildə çıxaracağı albomunu İskender Paydaşa həvalə edib.