Leonardo Di Kaprio fillərin müdafiəsi üçün 1 milyon verdi

18-05-2014, 21:29   

Məşhur aktyor Leonardo Di Kaprio təbiətin ən aktiv müdafiəçilərindən biridir.

Ulduz xüsusilə də dünyada fillərin sayının azalmasından narahatdır.
Bu günlərdə “Elephant Crisis Fund” Beynəlxalq Xeyriyyə Fondu maraqlı açıqlama edib. Verilən məlumata görə, aktyor Leonardo Di Kaprio fillərin müdafiəsi üçün fonda 1 milyon dollar pul köçürüb. Di Kaprio ötən il 30 mindən çox filin ölməsindən böyük narahatlıq keçirdiyini və bunu dayandırmaq üçün əlindən gələni edəcəyini deyib.
Xatırladaq ki, Leonardo Di Kaprio ekologiyanın qorunması istiqamətində də bir sıra işlər görür. O, xüsusilə də ekokogiyaya zərər verməyən avtomobillərdən istifadə etməklə buna nail olmağa çalışır. Aktyor bu tipli tədbirlərdə iştirakı ilə də ekologiyanın qorunmasına öz töfhəsini verir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.