Türkiyədə baş verən Soma faciəsi bütün xalqı hüznləndirib.
Serialların çəkiliş meydançasında da aktyorlar, yaradıcı heyət öz kədərini müxtəlif üsullarla bildirir.
Bunlar arasında “Bu günün saraylısı”, “Güneşi Beklerken”, “Möhtəşəm yüz il” və digər serialların aktyor heyəti var. Onlardan bəziləri müxtəlif plakatlarla Soma faciəsindən təəssüfləndiyini bildirsə də, Engin Öztürk, Aras Bulut İynemli, Sarp Akkaya, Kərəm Bursin kimi aktyorlar üzlərini kömürlə boyayaraq fotolar çəkdiriblər.