Pamela Anderson uşaq ikən başına gələnləri danışıb
Məşhur aktrisalardan və manikenlərdən biri olan Pamela Anderson bu yaxınlarda verilişlərdən birində başına gələnləri anladıb. Anderson indiyə qədər heyvanları sevməsinin səbəbini də proqramda açıqlayıb.
O bildirib ki, hələ 12 yaşı olarkən ailə dostlarının evində təcavzüə uğrayıb. Belə ki, atasının dostunun 25 yaşlı oğlu ona şahmat öyrətmək adı altında aldıdıb və sonra da zorlayıb. Həmin gündən sonra bir müddət təhdid altında yaşadığını bildirən Andreson qeyd edib ki, hətta atasının dostunun oğlu onu dostlarına da təklif etməyə çalışırmış. Bəzən evdə qrup seks partisi qurmaq üçün Pamelanı razı salmağa da çalışırmış.
Həmin vaxtdan sonra insanlardan üz döndərdiyini və heyvanları sevməyə başladığını bildirən aktrisa bundan sonra da belə davam edəcəyini vurğulayıb.