Azərbaycanda 28 kişi cinsini dəyişib

9-09-2015, 08:15   
Azərbaycanda 28 kişi cinsini dəyişib

“Azərbaycanda 28 kişi tam cinsini dəyişib. Yarım cinsini dəyişdirənlər daha çoxdu. Yəni bədənin quruluşunu dəyişirlər, amma cinsi orqanlara dəymirlər. İlk dəfə tam cinsini dəyişən səhv etmirəmsə, 2008-ci ildə olub. O vaxt onun iyirmi altı-iyirmi yeddi yaşı olardı”.
Bununla bağlı informasiya aktual.az-a adını çəkilməsini istəməyən ekspert tərəfindən daxil olub.
Onun sözlərinə görə, qadınlar arasında cinsiyyəti dəyişib kişi olanı yoxdur. O, bunu qadınların çəkingən olmaları ilə izah edir: “Qızlarımız məcburən erkən yaşda ərə verilir. Onlara seçim şansı verilmir. Ona görə də bu əməliyyat üçün qadınların müraciət faktı hələ ki, aşkarlanmayıb”.
Qeyd edək ki, Azərbaycanda bu cür əməliyyat edən cərrah yoxdur. Bu səbəbdən onlar yerli həkimlərin məsləhətilə Türkiyə gedir. Bir necə cinsiyyət dəyişmə əməliyyatı gerçəkləşdirən təcrübəli plastik rekonstruktiv və estetik cərrah Hüsaməddin Top keçirdiyi sonuncu genital əməliyyat haqqında bunları deyib.
Onun sözlərinə görə, individə ilkin olaraq psixoloji yardım edilir. Xəstə qadındırsa, hormonal müalicə alır. Bir il davam edən müalicədən sonra individin döşləri nisbətən kiçilir. Əməliyyat ən sonda gəlir: “Əgər individ qadındırsa, onun birinci döşləri, uşaqlığı və yumurtalığı alınandan sonra genital əməliyyat edilir. Qıç bud sümüyündəki toxuma və damarlardan cinsi orqan düzəldirik. Hələ ki, etibarlı və uğurlu metod budu. Ömrü boyu kişi kimi (yaxud əksi) hiss etdiyi üçün xəstənin əməliyyat sonra yeni cinsinə alışması çox çəkmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar