Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rza Zerrab bahalı maşın aldı

20-05-2014, 10:47   

17 dekabr rüşvət və korrupsiya əməliyyatları çərçivəsində həbs olunan və daha sonra azadlığa buraxılan Rza Zərrab daha əvvəl də mətbuatın gündəminə gəlmiş bahalı ingilis atı üçün bahalı avtomobil alıb.

ANS PRESS-in məlumatına görə, atın müsabiqələrə aparılması üçün nəzərdə tutlan avtomobil 800 000 lirəyə (300 000 AZN) alınıb.

Bu avtomobildə at üçün hər cür komfort nəzərdə tutulub. Transfer zamanı atın hürkməməsi üçün avtomobildə müəyyən bir sürət məhdudiyyəti var.

Qeyd edək ki, Dutyfree adlı atı Zerrab həyat yoldaşı Ebru Gündeşe ad günündə hədiyyə almışdı. Bu at isə dəfələrlə müsabiqələrin qalibi olaraq Gündeşe 979 700 lirə (366 700 AZN) pul qazandırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar