“Heç bir valideyn istəməz övladı Aygün, Röya olsun”

20-05-2014, 10:52   
“Heç bir valideyn istəməz övladı Aygün, Röya olsun”
Bu gün də “Günaydın” verilişi mövzusu ilə daha bir söz-söhbətin əsasını qoyub. Belə ki, mövzusu məşhurların həyatını özü üçün nümunə seçən insanların müzakirəsinə həsr edilən verlişin qonaqları sırasında xalq artisti Zümrüd Məmmədova ilə yanaşı, şair və jurnalistlərdə təşrif buyurub.
Gecce.az xəbər verir ki, Sara Səfurə adlı xanım jurnalistin indiki gənclərin yerli məşhurlara bənzəmək istəyi haqqda söylədikləri studiyadakıları çox təccübləndirib:
“Mən bir neçə il bundan öncə uşaqlar haqqda 4 kitab yazdım. Onun üçün məcbur idim ki, oturub tək-tək uşaqlarla söhbətləşim. Bizim uşaqlar Aygün Kazımovaya, Rəqsanəyə oxşamaq istəyir. Səbəbini soruşanda bahalı maşınını, geyimini, evini misal göstərirlər. Deyirəm ki, “Siz heç bilirsinizmi o pullar necə qazanılır?!” Maraqlısı burasındadır ki, valideyinləri də razıdırlar övladları həmin məşhurlara bənzəsin, onların getdiyi yolu getsin”.
Jurnalist xanımın bu sözlərindən qəzəblənən şair Əziz Musa olduqca sərt reaksiyası ilə diqqət çəkib:
“Heç bir valideyin istəməz ki, onun övladı Aygün, Röya olsun. Hansından soruşursan kosmonavat, mühəndis olmaq istədiyini deyir. Onlar özləri özlərini biabır edir. Bəlkə xalq heç bilmir onların həyatında nə var, nə yox, özləri açıb hər şeyi danışırlar. Belə insanlara hansı uşaq, gənc oxşamaq istəyər ki?!”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.