Azərbaycanlı milyarder Rəqsanəyə 25 min manat verəcək

20-05-2014, 11:08   
Azərbaycanlı milyarder Rəqsanəyə 25 min manat verəcək
Müğənni Rəqsanə İsmayılova Sank-Peterburqda konsert vermək üçün azərbaycanlı oliqarx Vaqif Məmişova ağır şərt qoyub
Bu barədə axar.az-a Peterburqdakı mənbədən məlumat daxil olub.

Mənbənin dedyinə görə, mayın 27-də, saat 18-də Peterburqun Buz Sarayı konsert salonunda keçiriləcək konsertə türk estradasının ulduzu Rafət El Roman, habelə Azərbaycan şou-biznesindən Rəqsanə, Elton, Zamiq, Günay İbrahimli və digər müğənnilər dəvət olunublar.

V.Məmişov Rafət El Roman və digər müğənnilərlə qonorarla bağlı razılığa gəlib.

“Amma Rəqsanə ona veriləcək qonorardan imtina edib. Xarici müğənnilərə daha yüksək qonorar verilməsi məntiqsizliyini əsas gətirən Rəqsanə Məmişovdan 25 min dollar qonorar istəyib. Oliqarx isə 12 mində dayanıb. Bundan sonra Rəqsanə ultimativ şəkildə bildirib ki, onun adını afişalardan çıxarsınlar. Bundan sonra Vaqif Məmişov 2 saat vaxt istəyib. 2 saatdan sonra isə öz əmisioğlunu Rəqsanənin yanına göndərərək razılaşdığını çatdırıb”.

Xatırladaq ki, konsertin biletləri 40-480 dollar arası dəyişir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.