Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şakira onu çılğıncasına qucaqladı, öpdü

20-05-2014, 11:09   
Şakira onu çılğıncasına qucaqladı, öpdü
İspaniyanın "Barselona" klubunun ulduzu Herard Pike də "2014 Billboard Music Awards" mükafatının təqdimat mərasiminə qatılıb.
O, qeyri-rəsmi nikahda yaşadığı xanımını, dünyaca məşhur müğənni Şakiranı müşayiət edirdi.

Milli.Az TMZ-yə istinadən bildirir ki, "Barsa"nın müdafiəçisi Las-Veqasdakı şouda xanımı ilə qucaqlaşaraq pozalar verib, sonra isə mərasimdə səhnəyə çıxan Şakiranı dinləyib.

Daha sonra isə onlar gecə klubuna yollanıblar.

İspaniya primerasının ötən turunda Madrid "Atletiko"su ilə qarşılaşmanı 1:1 hesabla başa vurmuş "Barselona" çempionluq şansını itirib.
Bu matçdan sonra "Atletiko" çempion olub.

Herard Pike və Şakira 2010-cu ildə, kolumbiyalı müğənninin "Waka Waka" mahnısının klipinin çəkilişlərində tanış olmuşdular.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar