"Muhteşem yüzyıl"ın ulduzu: "Ərə getmək istəyirəm axı..."

20-05-2014, 15:37   
"Muhteşem yüzyıl"ın ulduzu: "Ərə getmək istəyirəm axı..."
Türkiyənin ən populyar teleserialı olan "Muhteşem yüzyıl"da "Mihrimah Sultan" rolunu oynayan aktrisa Pelin Karahan 2013-cü ilin noyabrın 13-də Erdinc Bekiroğludan boşanmışdı.

O, artıq iki aydır ki, iş adamı Bedri Güntayla birlikdədir.

Milli.Az AHT-yə istinadən bildirir ki, Pelin Karahanın dediyinə görə, çox bəxtəvərdir və ikinci dəfə ailə qurmaq fikrindədir.

"Artıq əməlli-başlı anladım ki, ailə qadınıyam. Özümü əla hiss edirəm. Ərə getmək istəyirəm axı", - aktrisa deyib.

Fəqət Türkiyənin mövcud qanunvericiliyinə görə, P.Karahan hələ gözləməlidir. Çünki boşanmış qadın yalnız boşanmadan 300 gün sonra yenidən ailə qura bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.