İranlı qızlar Farell Villiamsın “Happy” adlı mahnısına örpəksiz klip çəkdirən zaman həbs olundular. İranlı 6 nəfərlik qrup Farrell Villiamsın “Happy”adlı mahnısına çəkiliblər. “Happy in Tehran” adlı bu klipdə 3 gənc qız 3 kişilə binaların damlarından və daxili məkanlarda rəqs ediblər. Gənc qızlar kamera qarşısına örpəksiz keçiblər. Klip sosial şəbəkələrdə yayımlanandan sonra Tehran polisi gəncləri həbs edib. Qeyd edək ki, Tehran polis rəisi Hüseyn Sajedinia 3 gənc qızın İslam hüququna görə davranmadığını və qadınların cəmiyyət içində təpədən dırnağa əxlaq qaydalarına uyğun geyinməsi lazım olduğunu deyib: “Klip araşdırıldı və əxlaq qaydalarımıza zidd görülərək günahkarlar həbs olundu”. Gənclərin bu davranışlarına görə televiziyaya çıxardılıb tövbə etdirildikləri bildirilir. Həmin videonu təqdim edirik.
[media=http://www.youtube.com/watch?v=yU4XaXWPY_I]