Yalçın Rzazadə əmindir ki, İlham Əliyev onun adının üstündən xətt çəkməyib

21-05-2014, 16:47   
Yalçın Rzazadə əmindir ki, İlham Əliyev onun adının üstündən xətt çəkməyib
Bu ilki Prezident mükafatından kənarda saxlanılan daha bir incəsənət xadimi etiraz səsini qaldırıb.

Xalq artisti Yalçın Rzazadə aznews.az-a açıqlamasında mükafat siyahısına salınmamasını ədalətsizlik adlandırıb: “Mənə qarşı çox böyük ədalətsizlik olub. İlin axırına kimi gözləyəcəm, görək nə olur. Onsuz gözləməkdən başqa çarəm yoxdur. Mənə qarşı belə hərəkətlər yolverilməzdir. Çünki sənətə zövqü, yeni mahnıları mən gətirdim. Səhər mənim səsimlə - “Bakı sabahın xeyir”lə açılır. Konofilmlərdə səslənən mahnılarım şedevr sayılır. Yaradıcılığımı bütün nəsillər izləyir, kliplər çəkdirirlər. Azərbaycanın bütün dahiləri mənim üçün mahnılar, şairləri də şeirlər yazıb. “Dan ulduzu”, simfonik və estrada ansamblları ilə işbirliyim olub. Bu ölkədə mənim qədər böyük zəhmət çəkən ikinci bir sənətkar varmı? Varsa, deyin. Əməliyyat olundum, yenə də işləyirəm, bütün dövlət tədbirlərinin başındayam. Amma buna baxmayaraq, yenə də adım Prezidentin imzaladığı sərəncamda yoxdur”.

Y.Rzazadənin fikrincə, Prezident mükafatından kənarda qalması Mədəniyyət və Turzim Nazirliyinin günahı ucbatından baş verib: “Gərək təqdimat olunsun. Təqdimat verilsə, göz qarşısında olar. Mən bilirəm ki, Prezidentin mənə hörməti var. Bu il 3 dövlət kosertində oldum. Məsələn, “Dan ulduzu”nun konsertində çox müğənnilər vardı. Amma mənim ifamdan sonra tamaşaçılar ayaqüstə durdular. Bunu mən heç bir müğənnidə görmədim. Fərhad Bədəlbəyli kimi sənətkar əlini göyə qaldırıb “bravo” deyə qışqırırdı. Bu boyda sənətkarı niyə kənara atırlar? Mənim adım cənab Prezidentə təqdim olunsa, o heç zaman adımın üstündən xətt çəkməz. Mən buna əminəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.