“Müğənni Rəqsanə İsmayılova xəbərin yanlış olduğu barədə özünün İnstaqram səhifəsində yazıb”. Bu haqda Axar.az-a müğənni Rəqsanə İsmayılovanın mətbuat katibi Zəminə Rüstəmova məlumat verib. Onun sözlərinə görə, oliqarx Vaqif Məmişov qonorar məsələlərinə qarışmır: “Qonorar haqq-hesabına azərbaycanlı iş adamı olan məşhur milyonçu Vaqif Məmişov qətiyyən qarışmır, heç onunla qonorar söhbəti də edilməyib. Qonorarın məbləğini də düz yazmamısınız. Amma mən dəqiq rəqəmi sizə deyə bilmərəm, bu, bizim kommersiya sirrimizdir. O ki qaldı konsertə, Rəqsanə xanım orda iştirak edəcək”. Xatırladaq ki, Rəqsanənin mayın ayının 27-də, saat 18-də Peterbuqrun Buz Sarayı konsert salonunda səhnəyə çıxması müqabilində təklif olunan 12 min dollar qonorardan imtina etdiyi və 25 min istədiyi barədə Axar.az-a Moskvada yaşayan soydaşlarımızdan məlumat daxil olmuşdu. Bildirilirdi ki, konsertin təşkilatçısı, Sankt-Peterburqda yaşayan iş adamı Vaqif Məmişov Rəqsanənin etirazını qəbul edib və onun qonorarının artırılması barədə tapşırıq verib.