Xalq artisti Aygün Kazımovanın qızı İlqarə şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.
ANS PRESS-ə açıqlama verən gənc ifaçı, dadlı yeməkləri yeməyi sevdiyi kimi hazırlamağı da xoşladığını və bacardığını bildirib: "İtalyan mətbəxini çox sevirəm. Onların mətbəxində nə yeməklər varsa demək olar ki, hazırlamağı bacarıram. Cürbəcür spagettilər, göbələk şorbası, souslar. Yapon mətbəxini də xoşlayıram, suşini sevdiyim üçün özüm də hazırlamağı öyrənmişəm"- deyərək ifaçı məharətlərindən danışıb.
Bundan əlavə olaraq İlqarə Kazımova bir neçə dil bildiyini və hər kəsin düşündüyü kimi ancaq Avropa üslubunda mahnılar ifa etmədiyini dilə gətirib: "Hər kəs elə bilir ki, mən ancaq xarici üslubda mahnılar bilirəm. Amma bu belə deyil, xalq mahnıları da oxumuşam, səs yazmalarım var, fransız, ingilis dillərini yaxşı bildiyimdən bir çox mahnılar oxuyuram". Şou biznesə yeni addımlarını atan İlqarə, cazz üslubunda da mahnılar ifa edə bildiyini vurğulayıb.