İlhamə Quliyeva: "Belələrini sürüyürəm"

22-05-2014, 16:27   
İlhamə Quliyeva: "Belələrini sürüyürəm"
Xalq artisti İlhamə Quliyeva “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinin qonağı olub
Efirdə nəvəsindən danışan müğənni onu 18 yaşı olan kimi evləndirəcəyini deyib:

“Nəvəmin babası Orxandı, nənəsi isə anası. Mən onun mamasıyam. Allah mənə ömür versin, 18 yaşı tamam olan kimi onu evləndirəcəm. İndi balacadır, bir yaşına az qalıb. Anası, atası ağıllıdır. Hansı peşəni seçəcəyinə qərar verəcəklər. İstəmirəm, o, mənim sənətimdəki çətinlikləri görsün. Mənim nəvəm alim olacaq".

Sənətdəki qalmaqallardan danışan İ.Quliyeva onu təhqir edənləri cəzalandırmağından da danışıb:

“50 ildir sənətdə olan birinə söz atmaq heç kimin həddinə deyil. Belələrini sürüyürəm. Çaşırlar, yuxarı çıxıb oradan yerə aşırlar. Sonra da qanun qarşısında cavab verirlər. Bizim qanunlarımız güclüdür. Mənə söz atmazdan əvvəl gedib güzgüdə özlərinə baxsınlar. Üzlərinə botoks etdirib, özlərini nə günə qoyurlar".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.