İlhamə Quliyeva: “Deyib ki, oğlunu da həbsdə öldürtdürəcəm”

24-12-2015, 17:41   
İlhamə Quliyeva: “Deyib ki, oğlunu da həbsdə öldürtdürəcəm”
Bu günlərdə Mərkəzi Neftçilər xəstəxanasından evə buraxılan xalq artisti İlhamə Quliyeva “10-dan sonra” verilişinin qonağı olub. Müğənni verilişdə keçmiş köməkçisi Mehriban Hüseynova ilə bağlı yenidən maraqlı açıqlamalar verib. Onun dediyinə görə, keçmiş köməkçisi oğlu Orxan Nadirovu həbsə saldırmaq və onu öldürtmək istəyib:
“Mənim adımdan özü üçün vəsiyyətnamə yazdırıb ki, mən öləndən sonra mülkümə sahib olsun. Sifariş veribmiş ki, Orxanı da məndən sonra tutub bassınlar içəri. Deyib ki, “onu içəridə özüm öldürtdürəcəm”. Yəni mənim varisim, heç kimim olmasın. Mənim də imzamı çəkdirməkdən ötrü şəxsiyyət vəsiqəmi oğurlamışdı.

Çox eşitmişdim ki, o, oğrudur, amma inanmırdım.

Mənim xəstəliyimə səbəb onun mənə yedirtdiyi dərmanlar olub. Böyrəklərim buna görə sıradan çıxmışdı”.

musavat/com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.