“Gözləmirdim”.
Xəbər verdiyimiz kimi, bu gün ölkə başçısı İlham Əliyevin mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncamına əsasən, müğənni Röya Ayxan “əməkdar artist” adı alıb.
Oxu.Az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi bu xəbəri göz yaşları ilə qarşılayıb.
Röyanın həmin an lentə alınan görüntüsünü müğənni Zamiq Hüseynov sosial şəbəkədə paylaşıb:
[media=https://www.youtube.com/watch?v=LbB6x4xUsV4]