Xalq artisti İlhamə Quliyeva devalvasiyanı dünyanın oyunu adlandıraraq, ölkəmizə təsirinin olmadığını bildirib: “Bizim böyük prezidentimiz var, devalvasiyanın bizə aidiyyatı yoxdur. Prezidentimiz devalvasiya olsa da, olmasa da, xalqını əziyyət çəkməyə qoymaz. O, xalqımızı həmişə çətinlikdən qurtarıb. Mənim xalqıma devalvasiyanın dəxli yoxdur. Devalvasiya dünyanın oyunudur. Bizim dünyanın ən böyük prezidenti İlham Heydər oğlu Əliyev kimi rəhbərimiz var. O, imkan verməz ki, dünyada gedən oyunların qurbanı olaq. Devalvasiya yoxdur, hər şey yaxşıdır. Hesab edin ki, bu sözləri sizə xalqımızın adından deyirəm. İlham Əliyev imkan verməz ki, xalqımız əziyyət çəksin, lazımı işlər görür ki, xalqı rahat olsun”.