Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sezen Aksu: "Erməni ilə oxumaq mənə şərəfdir"

23-05-2014, 16:03   
Sezen Aksu: "Erməni ilə oxumaq mənə şərəfdir"
Türkiyənin məşhur müğənnilərindən olan Sezen Aksu "Kardeş türkülər" layihəsi çərçivəsində Avropada konsertlər verəcək.

Milli.Az AHT-yə istinadən bildirir ki, səhnədə S.Aksunu erməni Ara Dinkçyan müşayiət edəcək.

Mayın 28-də Almaniyanın Mannheym şəhərində başlanacaq konsert turnesi Bohum, Rotterdam, Ştutqart, Münhen, Hamburq və Berlində davam edəcək.

Erməni mahnıları ilə yanaşı, kürd mahnılarını da ifa edəcək Sezen Aksu deyib: "Ara çox gözəl sənətkardır. Erməni mahnılarını oxumağıma gəldikdə isə - xalq mahnıları xalqın yaddaşıdır. Erməni Ara ilə oxumaq mənə şərəfdir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar