VMA müsabiqəsi Röya-Aygün qalmaqalına səbəb oldu

24-05-2014, 13:35   
VMA müsabiqəsi Röya-Aygün qalmaqalına səbəb oldu
Müğənni Röya Ayxan məşhur “Vorld Müzik Avards” müsabiqəsində “Ən yaxşı qadın ifaçı” nominasiyasında namizəd olub. Röyanın bu yarışmada ilk azərbaycanlı müğənni olduğu iddiası qalmaqal yaradıb. Aygün Kazımova Röyanın “Vorld Müzik Avards”da ilk azərbaycanlı nominant olmasına münasibət bildirib. Xalq artisti özü ilə bağlı 2007-ci ildə yazılan məqaləni paylaşaraq bunları qeyd edib: “Bütün vəsaitimi Hollivud layihəmə qoydum. Bir az pul toplayım, gələn il beş nominasiya alacam. Darıxmayın... Bu ilki nominantlara isə uğurlar arzu edirəm. Nə fərqi var ki... Əsas odur ki, Azərbaycanımızın adı ucalsın”. Axar.az olaraq Röya Ayxanla əlaqə saxladıq. Onun prodüseri Kənan Bayramovun sözlərinə görə, müsabiqəyə ilk dəvət alan Röya xanımdır: “Kim nə deyir desin. Röya xanım ilk dəvət alan xanım müğənnidir. Nəticə də göz qabağındadır. Mənim nəsə deməyimə ehtiyac yoxdur”. Qeyd edək ki, mükafatlandırma mərasimində məşhur azərbaycanlı müğənni-bəstəkar Emin Bədəlov da iştirak edəcək. Xatırladaq ki, Röya Ayxan may ayının 27-də Monakoda keçirilən “Vorld Müzik Avards” müsabiqəsində iştirak edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.