45 yaşlı xalq artistinin yariçılpaq ad günü... - VİDEO+FOTOLAR
26-01-2016, 15:24
Xalq artisti Aygün Kazımova 45 illik yubileyini keçirib.
AzNews.az xəbər verir ki, Aygün Kazımova geyimi ilə bütün diqqəti özünə çəkib. Gecə 00:00-da səhnəyə çıxan Aygün Kazımova qonaqlarını salamlayıb və ilk dəfə olaraq qeyri-adiliyə imza atmasından danışıb.
"Bilirsiniz ki, mənim doğum günüm yanvarın 26-dadır. Bu dəfə fərqli doğum günü keçirməyi qərara aldıq. Bu, mənim komandamın ideyasıdır. 25-dən 26-na keçən gecə ad günüm başladı və səhərə qədər davam edəcək” - deyə, Kazımova qeyd edib.
Qeyd edək ki, A.Kazımovanı təbrikə gələnlər arasında bəstəkar Cavanşir Quliyev, Vaqif Gərayzadə də olub.[media=https://www.youtube.com/watch?v=vcVKqxVuVFo]