Həbsxanadan İlhamə Quliyevanı ifşa edən dəhşət dolu məktub – VİDEOFAKT
2-02-2016, 06:06
Xalq artistinə ağır ittihamlar: “İşgəncə verdirib, bıçaqlayıb, şantajla 25 min manat alıb” Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Bəylər qızı Hüseynova redaksiyamıza məktub yollayıb. Dəmir barmaqlıqlar arxasında yazılan məktubda şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açılır. Və bu müdhiş cinayətlərlə üz-üzə qalan elə məktub müəllifidir. M.Hüseynovanın yazdıqlarından belə aydın olur ki, barəsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 29,180.3.2-ci – soyğunçuluğa cəhd maddəsi ilə ibtidai istintaqı aparılır. Məktubu bəzi ixtisarlarla dərc edirik: “İlhamə Quliyevanın sifarişi ilə həbs olunmuşam. Məni onu öldürmək və mülkinə sahib olmaqla təqsirləndirir. Bu əslində belə deyil. Məni yanında işləməyə özü dəvət etdi, dedi ki, heç kəsi yanıma buraxmıram, hamını qovmuşam yanımdan. Səni soruşub öyrənmişəm, gəl mənimlə işlə. Hər zaman televiziya kanallarında ekspert kimi və bir araşdırmacı jurnalist kimi çıxış etmişəm, heç bir nöqsana da yol verməmişəm. YAP-in üzvüyəm. Harada olmuşamsa öz vətənimi, dövlətimi tərənnüm etmişəm. Zəhmətkeş olmuşam. Namus və qeyrətimlə öz zəhmətimin bəhrəsi ilə şəhid anasına baxmışam. Xəstə yoldaşım və bir qızım var. Məni yalan vədləri ilə işə götürən İlhamə Quliyeva heç bir ay keçmədi məni hədələdi, yanından elə-belə gedə bilməyəcəyimi dedi. Mən artıq məcburən onun yanında qul kimi işləməli oldum. İlhamə Quliyeva mənimlə heç bir əmək müqaviləsi bağlamadan məni istismar etməyə başladı”. “Xoşuna gəlməyən hər kəsi şantaj edərək…” Məktub müəllifi xalq artistinin ayaqlarında problemlərinin olduğunu və bununla bağlı müalicə edildiyini yazır. İ.Quliyevanın oğlu ilə münasibətlərini də qeyd etməklə özünün şərləndiyinə əsas verən nüansları diqqətə çatdırır: “Əslində heç bir əsaslı sənədi olmayan, oğlum dediyi Orxanı həmişə dələduz kimi qələmə verən, anasının evindən 10 min dollar çanta qarışıq pullarını oğurlayan deyirdi. “Oğluna” pul yığmaq xatirinə, ona toy edib, dövlətdən “onun evi yoxdur” deyib 2-ci bir evi alıb və həmin evi sataraq banka qoyub faizini alır. Xoşuna gəlməyən hər kəsi şantaj edərək bahalı zinət əşyaları və ya pul almayınca heç kəsin yaxasını buraxmır. Özünü xeyriyyəçi kimi tanıtmaq üçün Nazpəri Dostəliyevadan haqsız aldığı 25 min manat puldan cəmi iki min manatını efirlərə verərək özünü sevdirmək istədi. Hər dəfə efirdə hansı bir müğənnini yaxşı və imkanlı görürdüsə, onu təhqir etməyə başlayırdı. Efirlərlə və internet saytlara böhtan xarakterli müsahibələr verir, şantaj etdiyi adamlardan rüşvət gələn kimi böhtanlarını dayandırırdı. Hər kəs ondan qorxurdu, elə mən özümdə. Hər kəsə dövlət rəhbərlərinin yaxın dostu olduğunu söyləyir və onun tez-tez telefonla əlaqə saxladığını deyirdi. Kimə hirsli olurdusa “4 nömrə ilə prezidentimə zəng edəcəyəm” deməklə hədələyirdi. Bir necə qurumda yaxın dostlarına zəng edərək, xoşuna gəlməyənləri cəzalandırmağı xahiş edirdi. Özünü hamıdan və bütün xanımlardan üstün və birinci hesab edirdi”. “İlhamə Quliyevadan qorxduğum üçün bu haqda…” Məktub müəllifi yazır ki, xalq artistinin yanında çalışdığı vaxtlarda qorxu altında yaşayıb: “Mən onun bir kəlməsini belə iki edə bilməzdim. Söz deyəndə cavab verməyə belə qorxurdum. Türkiyəyə istirahətə getmək istəyirdi. Oğlunun bir neçə dəfə zənglərindən sonra onları evinə buraxdı, amma mənə onlar çıxıb getməyincə evə getməməyimi və onlara göz-qulaq olmağımı tapşırırdı. Evində bir verilişin çəkilişində aparıcı xanım oğluna “Anan necə anadı” sualına, “Ana olmağı bir tərəfə, yaxşı dostdur, get nə bilirsən onu elə Orxan, arxanda durmuşam deyir” cavabından sonra əsəbiləşib yenə də onu evinə buraxmadı. Nadir hallarda Orxanla qıraqda restoranlarda görüşürdü. Deyirdi ki, onlar məni pula görə istəyir, lap bezmişəm onlara pul paylamaqdan, uzaq olmaları yaxşıdır, pulum cibimdə qalır. Sonradan İlhamə Quliyeva yenə də mətbuat katibi Faiq Ələkbərliyə danışmağa başladı. Dedi ki, onunla danışmayanda müğənnilər haqda məlumat bilmirəm. Bu doğrudan da belə idi. Dəfələrlə şahid olurdum ki, Faiq Ələkbərli İlhaməyə zəng edərək, ona hər kəsdən məlumat verirdi. Bu hallar mənim xoşuma gəlmirdi, bir neçə dəfə onun üstündə məni təhqir edib və hətta döymüşdü də. Mən İlhamə Quliyevadan qorxduğum üçün bu haqda heç kəsə heç nə deyə bilmirdim, hətta yoldaşıma da. Evimə də vaxtlı-vaxtında gedə bilmirdim. Elə olurdu ki, İlhamə məni evə gecə bir-iki radələrində buraxırdı, icazə almaq istəyəndə hirslənərək, “işin budur” deyirdi. Nəhayət Yeni il üçün dostu tərəfindən Antalyaya dincəlmək üçün dəvət aldı, mənə də bilet sifarişi etdi, oğlu və gəlini də getməli oldu”. “Orxan bir neçə nəfəri tutdurub və onları şantaj edərək…” Xalq artistinin həbsdəki köməkçisi yazır ki, istirahətdən qayıdandan sonra İ.Quliyevanın vəziyyəti pisləşib və səhhətindəki problemlərin yaranmasında ən yaxın adamlarından belə şübhələnib: “Bir neçə dəfə başqa-başqa adamlardan Orxanın mənim üçün tələ qurduğunu eşitdim və ehtiyatlı olmağı məsləhət gördülər. Bir gün Orxanın dostu Vüqar zəng elədi və Orxanın etdiyi dələduzluqları, bir neçə medianın bu haqda maraqlandığını, İlhamə Quliyevanın adının bu məsələlərdə hallanacağını söylədi. Onunla vacib görüşməyini istədi. Onsuz da xəstə olan İlhamə Quliyeva bu sözlərdən sonra gecə-günduz yata bilmirdi. Nəhayət ki, İlhamə Vüqarla görüşdü. Vüqar Orxanın axtarışda olduğunu, tutulacağını, onun İlhamə Quliyevanı dərmanlarla zəhərləyəcəyini, özünü ondan qorumağını, evə qətiyyən buraxmamağını və mənə Orxanın tələ qurduğunu söylədi. Dedi ki, Orxan bir neçə nəfəri tutdurub və onları şantaj edərək həmin adamlardan pullar alıb. Başqa cinayətkar şəxsləri yanına yığıb onlara başçılıq edir, onları vəzifəli şəxslərin qohumu kimi qələmə verir, İlhamə Quliyevanın adından istifadə edərək “qorxmayın anam Prezidentə bir kəlmə zəng edəcək, arxanızda durmuşam bizi tutmayacaqlar. Mən tutulanda o qədər vəzifəli şəxslərin uşaqları qaldı, amma mən çıxdım” deyir. Hətta Orxanın arvadı haqda da onun ən əxlaqsız kimi qələmə verirdi. Dedi ki, indi pul sahibləri də pulları mənim yanımda verdikləri üçün üstümə düşüb tutdururlar: “Hamı qapını döyür, ailəm dağılıb, evdən çıxmışam, çöllərdə qalmışım, tutsalar, Orxanı da tutduracam, o da tutulsa, sizin adınız bütün medialarda hallanacaq. Mən hələ ki bütün medianın qarşısını almışam. Onlara demişəm ki, Orxan onun oğlu deyil və s”. Bu sözlərdən sonra İlhamə Quliyevanın bütün halı dəyişdi, şəkəri qalxdı, təzyiqi düşmürdü, səhərəcən yata bilmirdi. Bütün günü dərmanlar qəbul edirdi. “Orxan tutulsa biabır olacağam” deyirdi. Əgər tutulsa hamıya deyəcəm ki, o, mənim oğlum deyil, xalam nəvəsidir, çox kasıb olduqları üçün köməklik etmişəm, getsin atası da var, anası da. Vüqar isə hər gün İlhaməyə zəng edərək ondan əl çəkmirdi. Nəhayət, İlhamə Quliyeva biabır olmasın deyə 10 min manat pulu Vüqara borc olaraq verdi. İlhamə Vüqara dedi ki, mənim Orxan adlı daha oğlum yoxdu, bu gündən sən mənim oğlumsan, sənə kömək edirəm ki, tutlmayasan, ancaq elə et ki, jurnalistlər heç nə bilməsin: “Yoxsa biabır olacam, desəm ki, oğlum deyil, deməli Prezidentimi aldatdığımı biləcəklər”. Vüqar da söz verdi ki, narahat olma. Vüqardan pulu nə vaxt qaytaracağını mən soruşduqda, Vüqar mənə dedi ki, İlhamə pulu oğlu üçün verib də, mənə nə. Mən bu sözləri eşitdikdə çox şübhələndim. Vüqar İlhamə Quliyevadan iki gündən bir yenə pul istəməyə başladı. Vüqar İlhaməyə dedi ki, Orxan 75 min pulu aldadaraq ələ keçirib. Vüqar gecə zəng etdi və dedi ki, “İctimai” kanalı açın Orxanın tutdurduğu oğlanı televiziyada göstərirlər. İlhamə Quliyeva bu məsələ mediada və KİV-də hallanmasın deyə Vüqara xərclik pul da verirdi. “Elza Seyidcahana üz tutdu və onu şantaj edərək…” Xalq artistinin həbsdəki köməkçisi çox maraqlı bir detalı da açıqlayır: “Pulunun tükənəcəyini görən İlhamə Quliyeva bu dəfə Elza Seyidcahana üz tutdu və onu şantaj edərək pul qazanmaq qərarına gəldi. F.Ələkbərli İlhaməyə zəng edərək Elza xanım haqda məlumat verdi, bundan sonra İlhamə efirə yalandan öz fərziyyələri haqda həqiqət olmayan müsahibələr verdi və Elzanı məhkəməyə verib 1 milyon manat təzminat alacağını dedi. Bundan sonra ona havadarlıq edən şəxslərə zəng edib tapşırdı. Ondan ən azı 100 minə yaxın pul alacağını söylədi. İlhamə “Kimin canını almaq istəyirsənsə onun pulunu al, Elza Seyidcahanı elə edəcəm ki, Dostəliyeva yalan olacaq. Yaxşı ki, uşaq evinə üzv oldum, onları bəhanə edib o pulları alacam” dedi. “Başını qırxıb, çılpaq vəziyyətə salıb, telefonlara çəkərək internetlərə buraxacağam” Məktub müəllifi yazır ki, İ.Quliyeavnın oğlu və onun dostu onu səsini yazaraq şantaj ediblər: “Vüqarın öz planı var imiş, mənim səsimi yazaraq Orxanla birləşib, məni İ.Quliyevanın yanından uzaqlaşdırmaq üçün öz çirkin planlarını həyata keçirdilər. İ.Quliyeva məni dinləmədən onlara inanaraq mənə qarşı haqsızlıqlar etdi. Məni bıçaqla vurduğu yetmədi. Ət taxtası ilə başıma, sağ qoluma vurdu. Zərbələrdən sağlamlığıma ziyan yetirib, gözlərimin görmə qabiliyyəti zəifləyib, ürəyimdə qorxudan problem yaranıb. Bunlar yetmirmiş kimi gecə saat 1-2 radələrində məni evə buraxdı. Həmin vaxta qədər oğlu Orxan deyirdi ki, Vüqarla səni harasa aparıb başını qırxıb, çılpaq vəziyyətə salıb, telefonlara çəkərək internetlərə buraxacağam”. “İlhamənin məni biçaqla vurduğu yaranın qanını kəsmək üçün…” Xalq artistinin həbsdəki köməkçisi sonradan hədələrin real əsaslarının olduğunu görüb və dəhşətli alçaltma ilə üzləşib: “İlhamə Quliyeva Orxana “sən dəymə, onunla özüm məşğul olacam, onsuzda işlərim pis gündədi” dedi. Mən İlhamənin sözlərindən çox qorxdum. İlhamənin məni biçaqla vurduğu yaranın qanını kəsmək üçün nə qədər yaraya yod vurdurdum. İlhamə məni buraxarkən “əgər mənim səni bıçaqla vurduğumu söyləsən başına oyun açacam” dedi. Orxan isə “əgər bıçaqla sənin onu vurmağım kiməsə desə, deyərəm mən vurmuşam” dedi. Mən onlara söz verdim ki, heç kəsə bu barədə deməyəcəm. Mən evə gecə saat 2 radələrində çatdım. Nə vəziyyətdə olduğumu təsəvvür edə bilmirəm. Evdəkilər məni görüb qorxdular, danışmağa belə taqətim qalmamışdı. Səhəri gün İlhamə Quliyeva həyat yoldaşım Tofıqə zəng edərək məni ona əxlaqsız kimi qələmə verib məni öldürməyini və onun arxasında durduğunu söylədi. Mən qorxudan heç yerə – həkimə, şikayətə getmədim”. “Namusumu ləkələycəklərindən qorxaraq onların dediklərini etdim və onlar məni telefona çəkdi” Məktub müəllifi bir müddət əvvəl bir çox saytlarda yayılan videosunun çəkilməsi səhnəsi haqda bunları yazır: “Məni guya hirsi soyumuş kimi, şirin dillə evinə çağirdı ki, gəl barışaq. İnanaraq getdim, içəri girər-girməz qapı açılan kimi şok oldum. Onsuzda səhhətim yerində deyildi. Qapımı üzümə Vüqar açdı. Elə otağa girmişdim ki, Kəmalə Rüstəmova üstümə hücum edərək 2 dəfə üzümə necə şillə çəkdisə başım gicəlləndi, İlhamə Quliyeva şillə üçün onun sağ əlindən öpdü. Evdə Vüqar, Orxan, Kəmalə, Aida adlı qadın, Faiq Ələkbərli və İlhamə Quliyeva var idi. Vüqar çantamı əlimdən alıb məni lağa qoyaraq çantamı yoxladı. Çantamdan 300 manat pulumu götürüb cibinə qoydu. Faiq Ələkbərli telefonumu aldı və Orxanla o biri otağa gedib bütün telefonumda olan məlumatları sildilər. Özü üçün bir sürü “şayka” yığan “Şərəf” “Şöhrət” ordenli İlhamə Quliyeva özü üçün linç məhkəməsi qurmuşdu. Mən tək, onlar isə çox, nə edəcəyimi bilmədim, tələyə düşdüyümü gördüm. Aida adlı tanımadığım bir xanıma guya həmin günü səhər zəng etməyimi yalandan boynuma qoydular. Hamısı birləşib yenə namusumu aparıb ləkələməklə qorxudub diz çöküb hər şeyi boynuma almağımı tələb etdilər. Əsasən də Vüqar bu məsələdə çox israr edirdi. Onların namusumu ləkələycəklərindən qorxaraq dediklərini etdim və onlar məni telefona çəkirdilər”(musavat.com)