Xeber-Xetti.com un redaksiyasına daxil olan şikayət məktubunda təşkilatçı prodüser Mustafayeva İranə Fəxrəddin qızı dələduzluqda ittiham olunur.
Kamran Abdullayev tərəfindən daxil olan şikayət ərizəsində bildirilir ki, prodüser İranə Mustafayeva Kamran Abdullayevə məxsus "RENT CAR" avtomobillərin icarəsi şirkətindən müvəqqəti idarə etmək üçün maşın icarəyə götürüb. Şirkətlə mütamadi olaraq əməkdaşlıq edən İranə xanım şirkət rəhbərinin etibarını qazandıqdan sonra maşınları gündəlik yox, aylıq kirayələmək fikrinə düşüb.Özünü yaxşı müştəriki təqdim edən İranə xanım bir az da ona olunan etibardan sui istifadə edərək Kamran müəllimə ödəniləcək olan icarə haqqını ödəməkdən boyun qaçırıb.Uzun sürən xahiş mittəndən sonra İranə xanım pulu ödəyəcəyinə söz versədə yenədə vədinə əməl etməyib.Nəticədə Kamran müəllimə olan borcu notariat qaydada borc müqaviləsi əsasında ödəməyi öhdəlik götürüb.Özünün şəxsiyyət vəsiqəsi olmadığına görə müqaviləni yaxın rəfiqəsi Ağakişiyeva Sevinc Ağakişi qızının adına yazdırıb.İndi də bu yolla məsuliyyətdən yayınmaq istəyir.
Xeber-Xetti.com saytı olaraq məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Növbəti yazımızda İranə xanımın sms yazışmalarını və hansı işlərlə məşğul olmasını bütün ictimaiyyətə çatdıracağıq.
Bizi izləyin.