Bir fevral axşamı. Hava çox soyuq idi. Yaşıl əlcəklərin içində əllərim üşüyürdü. Opera Balet Teatrına getməliyəm. Qərarlıyam. Və getdimdə. Saat 19.00 da “Bohema” operası səhnəyə qoyulacaqdı. 4 pərdəli operanın bəstəsi İtalyan bəstəkarı Cakkomi Puççiniyə məxsus idi. Zala daxil olanda əllərim yenə üşüyürdü. Yəqin tamaşanın ssenarisindən xəbərim olduğu üçün narahat idim. Səbəbini zaman göstərəcək.
-Qısa məlumat!
Qırmızı, məxməri pərdələr açılar-açılmaz zəngin səhnə tərtibatı göz oxşayırdı. Rəngli tablolar, gənc rəssamın əlindəki fırçalar dünyanı rəngləyə-rəngləyə həzin yol gedirdi.
-4-pərdə!
-Son.
Yaşıl məxməri parçadan pəncək geyinən oğlan pəncərədən həyətı seyr edir. Səhnənin mərkəzində, ağ yataqda, ağ paltarlı qadın can verir. Ətrafdakı personajlar xəstə qadınla söhbət edir. Qadın oxuyur. Oxuyur! Səhnədə hər kəs məşquldur. Birdən səssizlik! Qadın gözlərini yumur. Və kimsə son nəfəsdə onun yanında ola bilmir. Göz yaşları! Qışqırıqlar… Pərdələr bağlanır… Bu son an gizlin bir ada da yaşayan bir çox hisslərə can verdi.
Opera Balet Teatrından çıxdım. Hava çox soyuq idi. Mən yavaş-yavaş …
-İstanbul!
Axı niyə biz dostları onu xilas edə bilmədik? Niyə son nəfəsində, ağrılı günlərində yanında olmadıq. Kaş ki, Bakıya gəlməzdik. Onu tək qoymazdıq. Allahım! Niyə hər kəsin yanında olan insan tək-tənha həyatdan köçdü?! Bir zəhərlənmə onu Tanrıya qovuşdurdu. Günlər, həftələr, aylar keçir. Sən hələ də canlısan. O qədər canlısan ki…
Mahiyyətin, xarakterin, şəxsiyyətin daha çox gözlərimizə zillənir… Hələ çox zillənəcək, vicdanımıza çox əminlik verəcək. Bundan rahatam.
-Və…
-2015-ci il.
İstanbul, İstiklal küçəsi, axşam saatları, balaca, qədimi, ensiz küçələr.
İstanbulda yaşayan dostlarla bir araya toplaşmışdıq. Zəng vurdular, burdayıq sən də gəl. Deyəsən bir balaca içkili idi. Həmişə kimi kefidə yaxşı idi. Boyu uzun, qalın saçlı, üzügülər oğlan gəldi. Ağ “jaket” var idi əynində. Onsuz da bu oğlan hər zaman özünəməxsus xarizması ilə diqqət çəkirdi. Bu axşam onun idi. Dostlarla İstiklalda gəzirdik. İstanbulda olanlar bilir axşamlar o küçədə hər cür insan görmək olur. Uzun, buruq saçlı səfiləri demirəm. Səfilərin öz həyatı var bu qədimi küçələrdə. Kənanın ürəyinin böyüklüyü, cəsarəti, mərdiliyi onu taniyanlara yaxşı tanışdı. Bircə onu gördüm ki, üstü çirkli, ayaqqabıları olmayan, özünəməxsus qoxusu olan, bir siqaret üçün mücadilə edən səfil Kənana yaxınlaşdı. Kənandan siqaret aldığı üçün Kənanı bərk-bərk qucaqladı. Biz dostlarla bu mənzərəyə baxırdıq. Hələ Kənanın onu qucaqlamağını demirəm. Səfilin başı Kənanın sol qolunun altında idi. Çox mehriban məzərə var idi. Söhbət edirdilər. Kənan dostlara işarə verdi ki, gəzintiyə birlikdə davam edəcəyik. Yaxşı xatırlayıram. Dostlardan bir neçəsi: bax Kənan belədirdə ürəyi necə istəyir elə də hərəkət edir. Əslində dostlar səfilin bizimlə gəzməsinə narazı idilər. Hətta bəziləri gülürdü. Bu gülüşü eşidən Kənan: həə. nə olub? səsinin tonunu bir balaca qaldırdı! niyə narahatsınız? Onun da söhbətə, sevgiyə ehtiyacı var… Həmin an Kənanın üzündəki əminlik insanı insan olmaqa çağırış edirdi. Saatından aslı olmayaraq insanlara dəstək verməsi, onun haqqında çox şey ifadə edirdi. Demək olar ki, gecə səfil dostumuz bizimlə gəzdi. O axşam ona sözün əsl mənasında qucaq açan bir oğlan,qardaş, dost var idi. Kənan!!!
-2015-ci il.
Dekabr ayı idi. Kənan İstanbulda idi. Mən ilk kitabım olan “Pamukun qonşusu” üçün Bakıya gəlməli idim. Gəldimdə.
-Bir neçə il öncə.
– 5 dekabr.
O da 5 dekabrda həyatdan getdi. Bu günü yaddaşıma xoş günlə əvəz etmək istəyirdim. “Pamukun qonşusu” nu oxuculara 5 dekabrda təqdim etmək istədim.
-Bakı.
-Dekabr yeni girmişdi. Səhər saatları. Və İstanbuldan bir telefon zəngi.
-Alo.
-Sən hardasan?
-Bakıda.
-Xəbərin var?
-Kənan dünyasını dəyişib.
-Ola bilməz…
-Nə danışırsan?
-Qız ağlayırdı.
-Əlaqə kəsildi.
-Çox qəribə təəssadüf.
-Bir neçə il öncə!
-Yenə Dekabr ayı idi.
-Onun rəhmətə getdiyini həkim telofanda demişdi.
-Onun da son nəfəsində yanında ola bilmədim. Əziz dostum, qardaşım Kənanın da!
-Yenə bir tamaşa üçün ssenari, personajlar hazır idi.
-Bu xəbərdən sonra təqdimatın vaxtını dəyişmək istəyirdim. Qonaqlar çağrılmışdı. Dostlar dedi yoluna davam etməlisən.
-05.12.2015
-saat 14.30
-Gənc Tamaşaçılar Teatrı.
4 mərtəbədə balaca otaqda hazırlaşıram. Ağlamaqdan gözlərim şişmişdi. Ağlımda səfili bağrına basan oğlan var idi. Bu axşam səfilin sevgiyə ehtiyacı olduğu kimi, oxucularında sevgiyə ehtiyacı var idi. Və mən gözlərimi sildim kitabsevərlərin yanına gəldim. Kənanın özünə əmin ruhu, xarizmatik görünüşü mənə inam verirdi. Nə qonaqlar, nə dostlar bilmədi ki, dekabr ayı mənə nələri alıb, nələri verib. Emre Aydın:Bitti Tebrikler. “Benden aldıkların neden benden fazla” Çok fazla!!! Dekabrın əminliyə, sevgiyə, mübarizəyə, cəsarətə ehtiyacı var idi… Hələ ingilis əsilli, müğənni SADE-yi demirəm. Kənan SADE-yi dinləməyi çox sevərdi. O xəbərdən sonra SADE-yi dinləməkdən qorxuram.
-Saat 21:00.
-Baki.
-Yoldan bir maşın keçir.
-Maşından SADE-yin səs gəlirdi.
-Evə gəldim.
-Facebookda gənc yazar bir video paylşamışdı. Deyirdi: “ Neqativ xatirələr bir ömür bizimlə olacaq”. Psixolojı travmalardan danışırdı.
-İstanbul.
-2016.
Özü getsə də, qəhvə rəngli ayaqqabıları dəhlizdə qalmışdı. Yenə evin qapısı döyüləcək. O eva daxil olacaq. Gülən üzü ilə dostlara zarafat edəcək, kartof qızartması bişirən olsaydı yeyərdik dəyəcək. Bilmirəm nədənsə mənə bacı demirdi. Ay qız sən qardaşsan. Sənin deyiminlə deyirəm qardaşı gözü qapıda qoydun… Son nəfəsində səni tək qoyduğum üçün özümü bağışlaya bilmirəm! Məni bağışla demirəm. Buna haqqım yoxdu. Qapını döy… Tünd qoxusunu bizə qəbul elətirdiyin səfillə bizə qonaq gəl. Səfili bizə yalnız sən gətirə bilərsən. Belə jestlər Kənan Nəsibova məxsusdur. Lütfən gəlin…
Istanbul, Bakı.