Əməkdar artist Elza Seyidcahan başına tac qoyub.
Yeni fotolarını Axşam.az-a təqdim edən müğənni qalmaqallı tac mövzusundan danışıb. O, bu addımını qınayanlara sərt cavab verib:
“Bu şəhərdə” komandasının Heydər Əliyev Sarayındakı konnertinə gedəndə stilistim Pərviz makiyaz edirdi. Sonra başıma tac qoydu, bəyəndim. 8 Martla bağlı qatıldığım verilişlərə də başımda tacla çıxdım. Hətta “Ağ çiçəyim” mahnısını səsləndirdim. Bir çoxları mənim tac taxmağıma və bu mahnını oxumağıma qıcıqlanırdılar. Guya mən bunu bilə-bilə etmişəm. Belə bir məsəl var: “Oğru elə bilir, hamı oğrudur”. Zəhmət çəksinlər Elzanın məktəb vaxtkı arxivini axtarsınlar. Mən sonradan görən və kimdənsə tac oğurlayan olmamışam. Elza Seyidcahan başına tüllü papaq qoyanda, tac və qızıl aksessuarlar taxanda siz harda idiniz? Bəzi kişi müğənnilərimiz var ki, utanmasalar başlarına tac taxıb efirə çıxarlar. Hamısı minsifətlidirlər. Sizin saxta sifətinizi Allaha şükr ki, mən görmüşəm. Yaxşı ki, Elzanın başında çoxdan tac olub. Yoxsa bəzi quzğunların ağzı bağlanmazdı”.