Müğənni Rəqsanə İsmayılova ötən gün ad gününü qeyd edib
İfaçı ad gününü Türkiyənin İstanbul şəhərində keçirib.
Qardaş ölkədə baş tutan ad günü mərasimindən müğənni 200 min manat dəyərində olan "Bentley" markalı avtomobillə şəkil çəkdirərək İnstagram səhifəsində paylaşıb. Avtomobilin hədiyyə olub-olmadığı barədə isə Rəqsanə verilən sualları cavabsız saxlayıb.
Qeyd edək ki, 35 yaşını qeyd edən ifaçı Bakıya gəldikdən sonra da ad günü keçirməyi düşünür.