Xalq artistləri yenidən qırğına çıxdılar

26-05-2014, 15:38   
Xalq artistləri yenidən qırğına çıxdılar
Flora Kərimova: “İlhamənin özü qapı döyüb ödül istəyir...”

İlhamə Quliyeva: “Dilini saxlaya bilmir, Floranı yerində otuzdurarlar...”

Xalq artisti Flora Kərimova maraqlı açıqlamalar verib.

Müğənni “Şoubiz+” verilişinə müsahibəsində sənətindən və küsülü olduğu xalq artisti İlhamə Quliyevadan danışıb. Niyə konsert vermədiyi ilə bağlı suala “illər əvvəl bu sualı verəndə deyirdim ki, yiyə duran yoxdur, indi isə həvəsdən düşmüşəm. Kanallar sağ olsun, çağırırlar, mahnılar oxuyuram, hörmət görürəm, bununla da qane oluram" cavabını verən F.Kərimova ilk dəfə tacı özü taxdığını bildirib: "Mənim çox titulum var. Gərək bir dəfə mən də titullarımı sadalayım. Amma yaşa dolanda müğənninin ən böyük titulu hörməti olur. Çox illər bundan əvvəl, anam sağ olanda dedi ki, sən “diademalı”- yəni taclı şəkil çəkdir. Diademanı mənə geyindirdi. Başımda tac şəkil çəkdirdim, tacı ilk mən taxdım. O vaxtdan bu məsələ İlhamə Quliyevanın başağrısına çevrilib. Ondan sonra xəstəliyə düçar oldu: bir, iki, beş tac. Tacların, ödüllərin qiyməti olmalıdır. O, aldığı ordenlərə yaraşıq verməlidir, ödül ona yox. İlhamə gərək şəxsiyyətinə fikir versin ki, aldığı “Şərəf ordeni”nə layiq olsun. Ondan titul istəyənlərə təəccüb edirəm. İlhamənin özü qapı döyüb ödül istəyir. O, kiməsə ödül verə bilər? Cavanlar başını niyə itirib, özlərini niyə alçaldırlar?! İlhaməyə də, Faiq Ağayevə də düz söz deyəndə başlayırlar adamı şantaj etməyə”.

İlhamə Quliyevanın həmkarı Flora Kərimovanın dediklərinə cavabı gecikməyib. “Qafqazinfo”ya açıqlamasında İlhamə Quliyeva dövlət tərəfindən sənətində göstərdiyi nailiyyətlərə görə mükafatlandırıldığını bildirib: “Oturmuşam ağ atımın üstündə, taclarımın üzərinə saysız-hesabsız taclar qazanıram. Dövlətim tərəfindən Azərbaycan xalqına və mədəniyyətinə yaşatdırdığım sənətimə görə yüksək ödüllərə layiq görülürəm. Əgər kimlərinsə içi göynəyir, adlarını belə dilimə gətirməyi özümə yaraşdırmıramsa, getsin, yaydır su içsin. Bacarır o da mənim ödüllərimin heç olmasa, birini qazansın. Gənclər əgər onu layiq bilsəydilər, ondan kompliment istəyərdilər. Mənim sənət qiymətim, şəxsiyyətim, statusum zirvədədir. Madam ki, dilini saxlaya bilmir, məhkəmə prosesində cinayət işi açdırıb onu yerində otuzdurarlar. Qapı-qapı gəzmək Flora Kərimovanın peşəsidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.