“Kübar” İzabella kim idi?

29-03-2016, 11:12   

Yaz gəlmişdi, çiçəklər təbiətə rəng qatmışdı. Ağaclarda yaşıl yarpaqlar yavaş-yavaş əsirdi. İnsanlar qış fəslinə aid geyimdə hərəkət edirdi. 19.03.2016. Axşam saatlarında uçuş olacaq. Səfər İstanbuladır. Çamadanımızı yığmaq vaxtı gəlib çatdı. Əşyalarımı yığmaqa başladım. Və... Bir neçə dəqiqədən sonra Türkiyədə yenə terror olduğunu eşitdim. Nədənsə, bu dəfə terror Ankarada deyil, tarix boyu bir çox müharibələrə səssizcə tamaşa edən şəhərdə baş verdi. Müasir dövrün terrorçuları İstanbul-Beyoğlu İstiqlal küçəsində partlama etdikləri üçün tarixə düşdülər. 5 nəfər həyatını itirdi, 39 insan yaralandı. Beləcə həyacanlı gün öz işinə start verdi.
-Keçmişə səyahət!
-Çanaqqala.
-I Dünya müharibəsi.
-1915-1916 cı illər.
Əslində bu ağır günlər türk dünyasının məğrurluqu, inamı, imanı, cəsarəti, azadlığı üçün apardığı müharibə hesab olunsa daha ürək açan olar.
Qeyd1: Dünyanın bügünkü simasını müəyyənləşdirən şəxslərdən biri Uinston Çörçill olub. Adı tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilən baş nazir deyib: “Biz türklərdən qorxuruq. Biz Çanaqqala müharibəsində onların xəstəsindən, ölüsündən belə qorxurduq.” Bu fikirləri deyəndə U.Çörçillin 41 yaşı var idi. Payızda doğulan, qış fəslində dünyasını dəyişən siyasi xadim, natiq, yazar həyatdan getsə də fikirləri bu gündə öz aktuallığını itirmir. Yəqin sizə də marağlıdır Çörçill türklər haqqında niyə belə deyib?
Dəniz döyüşləri ilə tarixə hökm oxuyan Çanaqqala müharibəsində əsas məqsəd İstanbulu ələ keçirmək idi. Bunun üçün Çörçill və onu kimi siyasətçilər çox planlar qurublar. Osmanlı dövləti ilə müharibə edən Antanta Dövlətləri ( İngiltərə, Fransa, ...) könhə arzularına çatmaq üçün davamlı mübarizə aparıblar. İttifaq Dövlətlərin planında nə var idi? Hər zaman bu arzu gündəmdə olub, olur, olacaqda. Ən çətin günlərdə bu dövlətlər Osmanlı Dölətinin tarix qoxulu paytaxtı İstanbulu, ən əsası boğazı əl keçirmək üçün çalışıblar. Hətta daim türkləri ikinci fonda görən Rusiya ilə etibarlı qida və hərbi ticarət yolunu açmaq var idi planda. Bununla da öz dövlətlərinin iqtisadiyyatını gücləndirmək məqsədə uyqun idi. Çox itkilərə baxmayaraq edilən hücumlar uğursuz olub. Türklərin döyüşmə gücünə heyran qalan İttifaq Dövlətlər geri çəkilib. Məhz bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi tarixin yaddaşına həkk olunub.
Qeyd 2: Çanaqqala müharibəsində iştirak edən günahsiz insan qətlərinə şahid olan ingilis komandiri xatirələrində belə yazıb: “İttifaq Dövlətlərin kənardan aldığları dəstəklə, hətta texniki bazamızın gücü hesabına Çanaqqala müharibəsini biz qazanacaqdıq. Doğurdan da türklərin Allaha inamı, imani, mübarizə etməsi, mənəvi gücü bizi məğlub etdi!...”
Çanaqqala müharibəsini oxumaq, bu günahsız qətillər haqqında filmlərə baxmaq müsbətdir. Ağır, çətin amma sonu uğurla bitən tarixi keçmişimizə səyahət etmək vacibdir. Əslində qürur vericidir.
Qeyd 3: Аvstrаliyаnın və Yeni Zelandiyanın yеrli əhаlisindən оlаn əsgərlər cəbhədə türklərin оnlаrlа insаncаsınа dаvrаndıqlаrındаn çоx şad оlublar. İngilislər tərəfindən аnzаk аdlаndırılаn əsgərlər sоnrаlаr müxtəlif mətbu оrqаnlаrа vеrdikləri müsаhibələrində: “Bizi Bаrbаr türklər hаmını qırmаq istəyir” аdı аltındа Çanaqqala cəbhəsinə göndərdilər. Аmmа biz оnlаrın аlicənаb insаnlаr və düşmənlərinə bеlə rəhm еdən mаhir döyüşçülər оlduğunu gördük. Оnlаr döyüşlərаrаsı fаsilələrdə bizdən sоn dаmlа sulаrını və ərzаqlаrını bеlə əsirgəmirdilər. Biz onları belə xatırlayırıq.
- Yenə keçmişə səyahət!
-Çanaqqala ilə bağlı bir filmə baxdım.
-Filmdə tarixi sima diqqətimi çəkdi.
Seyit Ali Çabuk və ya Seyit Ali Onbaşı. Şərq və Qərb bu insanı xatırlamaqa məhkumdur. Birinci Dünya Müharibəsindən etibarən əfsanəvi bir qəhrəman kimi xatırlanır. Səbəb? Seyid efendi müharibə zamanı Rumeli Məcidiyı fortunda sahil artilleriyasında xidmət edib. Qarşı tərəfin hücumu nəticəsində müdafiə qalaları dəhşətli atəşə məruz qalıb. Buna baxmayaraq, Rumeli Məcidiyədəki top işlək vəziyyətda olsa da, ağır artilleriya mərmilərini qaldıran mexanizm zədələnib. Belə olan halda, Seyid hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırdı və türk artilleriyası atəşi davam etdirdi. Geniş yayılmış fikrə görə, məhz Seydin qaldırdığı mərmilərdən biri Britaniya zirehli gəmisi olan "Ouşen"ə ölümcül xəsarət yetirib: gəmi özü isə dəniz minası nəticəsində batıb. Antanta dəniz hücumunun dəf edilməsindən sonra Seyidə onbaşı (kapral-yəni komanda rəisi) rütbəsi verilib. Balıkəsirdə dünyaya gələn Seyid bəy əfsanəvi igidliyi ilə milli qəhrəmana çevrilib. Hətta əhvalatlara görə,döyüşdən bir gün sonra Seyidin şəklini çəkmək istədikdə, o, oxşar mərmini heç cür tərpədə bilməyib. Bu söhbətdən sonra, qəhrəman "Əgər yenidən müharibə başlasa, yenə də qaldıraram" sözlərini deyib. Demək yuxarda ingilis komandirinin dediyi kimi iman gücü çox vacibdir. Seyidin şəkli isə taxta mərmi ilə çəkilərək məğrur Osmanlı tarixinin keçmişinə hədiyyə edilib. Müharibədən sonra meşəbəyi və şaxtaçı kimi işləyib. Bu qədər sadə. Amma dərin. Son. Zəhmətkeş insan doğulduğu kəndə Tanrıya qovuşub.
-İstanbuldayıq.
Şəhərdə fərqli abı-hava var idi. Hətta metroya, metrobüsə, avtobusa minəndə insanlar bir-birinə şübhə ilə baxırdı. Deyilənlərə görə yenə terrorun olacağı gözlənirdi.
-Bir məqama diqqət edək!
-İllər öncə...
Adını unutduğum bir siyasətçi deyirdi: “Türkləri məhv etmək mümkünsüzdür. Onları yalnız daxildən məhv etmək olar.” Acı da, olsa bu bir faktdır. Bu son günlər baş verən terror olayları o siyasətçinin düşüncələrini xatırlamaqa məcbur edir. Türkiyəni daxildən zəiflətməyə cəhd edən qüvvələrin arxasında kim dayanır?! Demə, dünyada mədəniyyəti, ədəbiyyatı, azadlığı, siyasəti ilə tanıdığımız dövlətlər bir şeyi unudublar! Məzlum insanları bir anın içində məhv etmək ən böyük mədəniyyətsizlik, ədəbsizlik deyilmi? Bunun başqa adı varmı? Təbii ki, yox... Axı siz bədənləri ilə deyil, başları, əqidələri ilə yaşayan millət olmusunuz. Deyirlər, bilməyərəkdən edilən günahlar bağışlanır. Bilərəkdən edilən günahlar isə bağışlanmaz! Bəşəriyyət bağışlarsa, ədalətli zaman bağışlamaz. Sevərək yaradılan insanı yerlə yeksan etmək yaradana qarşı açıq müharibə deyil, bəs nədir? Bütün mədəniyyətlərin mərkəzində iman dayanır. İman yoxdursa hansı insanlıqdan, azadlıqdan danışmaqa haqqımız var? Millətindən dinindən, imanından aslı olmayaq hər kəs bu qorxu dolu enerji üçün məsuliyyət daşıyır. İstər Allahı tanı, istər Allahı tanıma! İlahı qüvvənin buna ehtiyacı yoxdur... İmanlı olmağımız bəşəriyyət, mədəniyyət, südəmər körpə, ata və ana yolu gözləyən uşaqlar üçün vacibdir.
Dünyaya bir çox mədəniyyətlər bəxş edə bilərsən! Əhsən... Bu hər bir güclü dövlətin haqqıdır. Bu mədəniyyətlərdə iman, insanlıq körpüsü yoxdursa demək ən təhlükəli dövlətsən. Şərq mədəniyyətin beşiyidir. Təbii. Bu məsələ müzakirə olunmamalıdır. Türkü qəbul etməyən güclü dövlətlər nədənsə bu sözləri bir xristian yazarı deyib: F.M.Dostoyevski- “Bir sarayın tikilməsində bir körpənin göz yaşı axıdılıbsa, o saray tarı-mar olacaq”! Mədəniyyətin mərkəzində oturan, dünyada güclü dövlət kimi tanınan siyasətçilər axı sizin məşhur yazarlarınız bu fikirlərlə tarixə düşüb!
-Ədəbiyyat həyatın özüdür.
-Fransa.
-Ömrünün sonunda günahlarını etiraf edən bir yazıçı.
Viktor Hüqo: “Ey insan kim olursan ol, hətta əyri ol. Amma ədalətli ol!”
-İstanbul, Şişli
-22.03.2016
Günəşli bir səhər yenicə bəşəriyyətə sevgi verirdi. Son xəbər. Belçikanın paytaxtı Brüsseldə partlayış baş verib. Brüssel metrosu yaxınlığında baş verən terror nəticəsində həlak olanlar var.
Daha maraqlı fakt! ABŞ prezdenti Barak Obama və Kuba lideri Raul Kastro Brüsseldə həlak olanları bir dəqiqəlik sükutla yad ediblər.
Əcəba, terror nəticəsində Türkiyədə həlak olanlar niyə yad edilmədi? Bütün hallarda insan faktından daha qiymətli fakt varmı bu dünyada? Lənət o kübarlığa!!! Əsla məzlum körpələrin qanı axıdılmamalıdır...
-Kordova.
-İspaniya.
-Əndəlus vilayəti İspaniyada yerləşir.
İslam tarixindən bir çox tarixi abidələr, saraylar sizə yadigar qaldı. Təbbi, siz də bu sənət əsərlərini qorumağı bacardınız . Demək olar ki, hətta bu sahədə sehirli ustasınız. Tarix qoxulu memarlıq abidələrinin sizdə qalması türistlərin İspaniya gəlməsinə əsas şərait yaradır. Hakimiyyətə gələr-gəlməz kraliçə, “kübar” İzabella nə edib? Müsəlmanları məhv edib, Avropalıların oxuduğu müsəlman müəlliflərinə məxsus kitabları, kitabxanaları yandırtdırıb. İbn Rüşd və onu kimi ziyalıların kitablarını məhv etmək sizin mənəviyyatınızdan xəbər verir. Belə faktlar “kübar” tarixi şəxsiyyətlərin keçmişinə daim ləkkə olacaq! Ləkkə... Demə, azad görünən dövlətlər də hələ tam azad deyil! Bu da doğru saydığımız yalnışlardandır.
-Körpə...
- Terror!
Bir anlıq düşünək bağçada balaca körpə ayaqqabılarını geyinib öz atasının, anasının yolunu sevinclə gözləyir! Qara niyyətlər! Partlama. Və körpəni gəlib bağçadan götürən yoxdu! İlahi qüvvə gözü pəncərədə qalan körpənin göz yaşlarını bəşəriyyətə halal edərmi?! Əsla və əsla…


24.03.2016 (saat: 02.00)
İstanbul, Avcılar.
[email protected]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.