Xalq artisti Aygün Kazımovanın yeganə qızı olan və şou-biznesə iri addımlarla qədəm qoyan İlqarə Kazımova ANS telekanalında yayımlanan "Şoubiz+" verilişinə maraqlı açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, bir çox şəxsi işlərindən danışan gənc ifaçı maraqlı məqamlara toxunub. İlqarə sosial şəbəkələrdə ona tez-tez verilən: "Necə arıqlamısınız?" sualına da "Şoubiz+"da cavab verib: "Özümü tanıyandan, gözümü açandan, anamı görəndən biz ömür boyu pəhrizdəyik. Evimizdə yağ, duz, şirniyyat, tort yoxdur. Qızardılmış yeməklər yemirik, ancaq qaynadılmış yeməklərdən istifadə edirik. İdmanla məşğul oluram, idman aləti alıb qoymuşam evə, həvəsim olanda qaçıram. Əsasən isə axşamlar dəniz kənarı parkda gəzməyi xoşlayıram".
Qeyd edək ki, İlqarə Kazımova pəhrizin vasitəsi ilə 13-14 kilo arıqladığını vurğulayıb.
[media=https://www.youtube.com/watch?v=xTFsmAJKuCs]