Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xalq şairi Fikrət Qoca yaradıcılığına həsr olunmuş tədbir

4-04-2016, 19:37   

Xalq şairi Fikrət Qoca yaradıcılığına həsr olunmuş tədbir



Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin təşkilatçılığı ilə İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində xalq şairi, AYB-nin I katibi Fikrət Qoca yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Görkəmli şairin yaxın günlərdə nəfis şəkildə işıq üzü görən “Seçilmiş əsərləri”nin oncilidliyi əsasında təşkil edilən tədbiri məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağlar açaraq Fikrət Qoca yaradıcılığının gənc nəslin vətənpərvərlik tərbiyəsindəki roulundan danışdı.

Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, şair Sərvaz Hüseynoğlu müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Fikrət Qoca yaradıcılığının məziyyətlərindən söz açdı, Rəsul Rza kimi böyük sənətkarın etimad və inamla redaktorluq etdiyi “Qağayı” adlı ilk şeirlər kitabından bugünə qədər olan yaradıcılığından və şairin oncilidliyinə daxil edilən əsərlərinin bədii xüsusiyyətlərindən ətraflı bəhs etdi.

Şair və yazıçılardan Valeh Bahaturoğlu, Sədaqət Vəlioğlu, Əlidursun İsayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Regional Mərkəzinin koordinator-direktoru Vilayət Muradlı, Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupunun İmişli rayon təmsilçisi Yasin Tağıyev və məktəbin ədəbiyyat müəllimi Afaq Hacıyeva xalq şairi Fikrət Qoca yaradıcılığı barədə fikirlərini bölüşdülər. Şagirdlərin Fikrət Qoca poeziyasından nümunələr söyləməsi tədbir iştrakçıları tərəfindən maraqla qarşılandı.

Sonda tədbirdə fəallıq göstərən şagirdlərə diplomlar təqdim olundu.







Ə.İsayev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar