Vergilər Nazirliyinin “qara siyahısı”na düşən ŞOU ƏHLİ

18-04-2016, 16:04   
Vergilər Nazirliyinin “qara siyahısı”na düşən ŞOU ƏHLİ
Vergilər Nazirliyi on günə kimi vergidən yayınan şou-biznes nümayəndələrinin siyahısını açıqlayacaq”.

Bunu hafta.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov deyib. Nazirlik sözçüsü bildirib ki, köhnə siyahıda 7 şou-biznes nümayəndəsinin adı var.

"Şou-biznes nümayəndələrinə aprel ayının 20-nə qədər vaxt verilib. Hazırda əlimizdə olan siyahı bundan əvvəlki rübündür. Onlara bildiriş göndərilib, vergilərini ödəməyən şou-biznes nümayəndələrinin siyahısı ictimaiyyətə təqdim olunacaq”.

Şahin Məmmədovun hafta.az-a təqdim etdiyi əvvəlki rübdən borcu qalan müğənnilər arasında Emil Bədəlovun adı başda gəlir.

Vergilər Nazirliyinin “qara siyahısı”na düşən

Siyahıda müğənnilər Zamiq Hüseynov, Elton Hüseynəliyev, Rəqsanə İsmayılova, Xəyyam Nissanov, Akif Süleyman və “Şeron” qrupunun da adları yer alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.