İlhamə Quliyevanın oğlu: - "...hər şeydən imtina etməyə hazıram"

18-04-2016, 20:02   
İlhamə Quliyevanın oğlu: - "...hər şeydən imtina etməyə hazıram"
Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov anasının mirasından danışıb.

Axşam.az-ın məlumatına görə, “Bizimləsən” verilişində qonaq olan Orxan anasını itirdiyi üçün çox pis olduğunu və “var-dövlət davası” aparmadığını deyib:

“Mən anamı itirmişəm. Mal-dövlət, ev, maşın hamısı dünya malıdır, dünayda qalır. Heç kəs özüylə heç nə aparmır. Əgər mən bunları versəm, mənə anamı qaytaran adam olacaqsa, mən hər şeydən imtina etməyə hazıram, gəlib götürsün, halal xoşu. Mən valideynimi itirmişəm”.

O.Nadirov “Sağlığında bu mal-mülkdən istifadə edirdinizmi?” sualına belə cavab verib:

“Əlbəttə ki. 30 il bir evdə yaşamışıq. Nənəm Tükəzban İsmayılovanın evində böyüyüb boya-başa çatmışam”.

Orxan İlhamə Quliyevanın ölümündən sonra evin və maşının istifadəsinin ona verildiyini bildirib:

“Evin açarı da məndədir. İstintaqa görə evin qapısına “plomb” vurulmuşdu. Amma birinci cümə axşamından sonra evin açarı da, avtomobil də mənə təhvil verildi və hazırda heç bir problem olmadan onları istifadə edirəm. Məsələnin təkcə hüquqi tərəfi qalıb”.

Orxan Nadirov İlhamə Quliyevanın bacıları ilə münasibətinin normal olduğunu və onlarla heç bir miras qalmaqalı yaşamadığını bildirib:

"Gülbahar xanımla da, İradə xanımla da münasibətimiz çox gözəldir. Anam xəstə yatanda İradə xanım bizə tez-tez gəlirdi. Son vaxtlar gediş-gəlişinin az olmasının səbəbi isə evində oğlunun iki körpəsinin olmasıdır".

Daha sonra verilişə telefonla bağlanan İradə xanımın qızı Nigar İlhamə Quliyevanın mirası ilə bağlı heç bir iddialarının olmadığını deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.