Akif Çovdarov Mətanət İsgəndərlini nədən şərləyərək pul alıb?

30-04-2016, 08:00   


Bir neçə gün öncə MTN quldurbaşılarından hesab olunan general Akif Çovdarovun zərəçəkmişlərlə üzləşməsi ilə bağlı yayılan material ciddi rezonans doğurdu.

Yazıdan dərhal sonra bəlli oldu ki, Metroplitenin keçmiş rəisi Tağı Əhmədov da istintaqda zərərçəkmiş kimi tanınıb. Tağı Əhmədov MTN-in baş idarə rəisi vəzifəsini tutmuş general Akif Çovdarova 3 milyon manat verib. Bu məbləğin ondan şantaj yolu ilə alındığı bildirilir. Hətta iddia olunurdu ki, T.Əhmədov yaxın zamanlarda hazırda həbsdə olan A.Çovdarovla üzləşdiriləcək.

Saytımıza daxil olmuş başqa bir məlumatda isə iddia olunurdu ki, “MTN işi”nin qurbanları sırasında xeyli məhşurlar var, onlardan biri də əməkdar artist Mətanət İsgəndərlidir. Bildirilir ki, hətta istintaq müğənnini zərəçəkmiş qismində də dindirib.

Məlumatı müğənninin özü ilə dəqiqləşdirmək istədik. Sualımızı dinlədikdən sonra Mətanət İsgəndərli məlumatı təkzib edərək bildirdi ki, MTN olayları ilə bağklı nə zərər çəkib, nə də istintaqda hansısa formada dindirilib. Odur ki, Akif Çovdarov tərəfindən şantaj edilərək istintaqda zərəçəkmiş kimi ifadə verməsi haqqında məlumat həqiqəti əks etdirmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.