Elza Seyidcahan dini şeir yazdı - MƏTN

4-05-2016, 16:46   

Elə yataram ağuşunda

Pərvazlandır şənbəmi,
Cüməmi, çərşənbəmi.
Zər-ziynətdə, daş-qaşda,
Heç bir kəsdə gözüm yox.
Gözüm ancaq səndədir
Gözəlliyindədir gözüm
Namazında, zikrində
Səcdəndədir sözüm.
İşıq gəlir, nur gəlir
Sözümə.
Güc gəlir, ruh gəlir
Qoluma.
Lütf gəlir, hava gəlir
Başıma.
Qoy havalanım eşqindən
Məst olum gözəlliyindən
Ağzım tama gəlsin
Dadından.
Gözüm ancaq səndədir
Düşüb gözüm sənə yaman.
Ol mənimlə, Ey Tanrım,
Səndən başqa heç kimə,
Könül verməm, kimsəm yox.
Nə qədər desən sözüm çox
31-ci ayə, 76-cı surə
Anaların ruh ünvanı olan,
Xanım Fatimeyi-Zəhramın
Qüsursuz olan Məryəmin oğlu
Məsihamın.
Aşiqinəm, rəsulum,
Zəlilinəm, Allahım.
Sürgününəm, düşgününəm,
Xəstələndim dərdindən.
Bir içim suya möhtac kimi
Səhrandayam.
Götür məni ağuşuna
Çatdır məni dərvişimə.
Tez al məni dərgahın
Gördüyün kimi sev məni.
Ölürəm sənin üçün
Elə yataram ağuşunda
Əbədiyyən bu yuxudan
Oyanmaram.
Şirinliyindən doymaram
Dərinliyindən çıxmaram
Duymadı məni
Görmədi səni
Sevmədi onu
Kimsə sən tək.
Sən də
Tək-tək istədiyini aldın məndən
İndi əl çək.
Əl çək məndən,
Ey oğruçu
Oğruçusan sən dünya.
Oğru dünya.
Doğru dünya
Oğru dünya..!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.