"İlhamənin oğlu böyük məmurların övladları ilə birgə cinayətkar dəstə yaradıb"

4-05-2016, 17:02   


Xalq artisti İlhamə Quliyevanın mirası ətrafında yaranan qalmaqal sonlandırılmadan Əli Mirəliyev mərhum sənətkarın oğulluğu Orxan Nadirov arasında yeni qalmaqal başlayıb.

BiG.AZ xəbər verir ki, Əli Mirəliyev müsahibələrinin birində İlhamə Quliyevanın ölümündə oğulluğu Orxan Nadirovu ittiham etməsi ortalığı yenidən qarışdırıb.

O, cebhe.info-ya açıqlamasında daha sərt fikirlər səsləndirib:

“Orxan bütün gün ondan-bundan pul alıb, “pul atıb”. Vəzifəli adamlardan, millət vəkillərindən pul alıb atıb onlara. Onlar da İlhamə xanıma görə ona külli miqdarda pul veriblər. Bu o demək deyil ki, o bıçaq vurub İlhaməni öldürüb. O İlhaməyə problemlər verib, əziyyət verib, işgəncə verib, əsəbləşdirib, ölümə təhrik edib. Hələ çox işləri var onun, siz bilmirsiniz, üzə çıxacaq bunların hamısı. Mən deyirəm ki, o cinayətkardır, onun dostu Vüqar niyə yatır həbsdə, Mehriban niyə yatır həbsdə? Bunlar böyük cinayətkar “banda”dır. Hamısı üzə çıxacaq. Bir-iki günə hamısını eşidəcəksiniz. İlhamənin ölümündən qabaq bunların cinayət işləri var. Qrup şəklində cinayətkarlıqla məşğuldurlar. İlhamə də buna görə dünyasını dəyişdi, dözə bilmədi. Böyük-böyük məmurların övladlarıdır qoşulublar bir dəstə kimi cinayətlə məşğuldurlar. Orxan da o dəstədədir. Gedib görün müstəntiq hələ nələr işlər araşdırır, aşkarlayır orda...”.

Orxan Nadirovun vəkili Habil Vəliyev isə bu itihamlara münasibət bildərərək söylənənləri “cəfəngiyyat” adlandırıb:

“Əgər Əli Mİrəliyev dediklərində özünü haqlı sayırsa, buyursun şikayət ünvanlasın aidiyyatı strukturlara və məsələ araşdırılsın. Əgər elədirsə, tədbir görülsün. Bu məlum məsələdir ki, məqsədyönlü şəkildə qarayaxma ilə məşğuldur və bir gəncin taleyini qaraltmaq istəyir. Onu hansı məqsədlə etdiyi barədə heç bir şey deyə bilmərəm, amma bunlar bir cəfəngiyyatdır. Orxan Nadirov nümunəvi bir insandır, nümunəvi bir ailənin, “Şöhrət” ordenli xalq artistinin övladıdır. Onu mən kifayət qədər tanıyıram, o, elə bir şeylər edə bilməz, etməyib və mən ondan belə hərəkətlər gözləmirəm. O, sadəcə bu ittihamlarla nəyəsə nail olmaq istəyir, buna da nail ola bilməyəcək. Çünki bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən, prokurorluq və digər dövlət strukturları tərəfindən araşdırılır və lazımi hüquqi qiymətini də alacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.