Türkiyənin məşhur müğənnisi həbs edildi

31-05-2014, 12:24   

Türkiyənin məşhur müğənnisi Dəniz Səki Həbs edilib.

Türkiyə mətbuatı məlumatına görə, Səki narkotik maddələrin dövriyyasinə görə həbs olunaraq 7,5 ay həbsdə qalmışdı.

Məhkəmənin qərarına görə, müğənni 6 il 3 ay cəza almışdı. Lakin Səki bu müddəti həbsxanada deyil azadlıqda keçirəcəkdi.

Dəniz Səki axşam saatlarında evinə gələn polislər tərəfindən tutulub. Türkiyədə xüsusi səlahiyyətli Məhkəmələrin ləğvindən sonra müğəninin dosyesinə yenidən baxılıb. Müğəninin cəzası 3 ildən artıq olduğu üçün onu yenidən həbs ediblər.

Müğənni 4 il 2 ay həbsxanada qalmalıdır. Lakin əvvəl 7,5 ay həbsdə olduğu üçün bu müddət cəzadan çıxılacaq.

Beləliklə Dəniz Səki 3,6 həbsxanada qalmalı olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.