Kriştiano Ronaldonun sevgilisi Bakıda podiuma çıxdı

1-06-2014, 12:16   

Xəbər verdiyimiz kimi, mayın 31-də Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Məşhur modelyer Renato Balestranın iştirakı ilə keçirilən dəfilədə 40-dan çox geyim nümunəsi təqdim olunub. Moda nümayişində tanınmış model İrina Şeyk də səhnəyə çıxıb. Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilib.


Qeyd edək ki, tatar gözəli olan İrina Şeyk Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldonun sevgilisidir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.