Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ancelina Coli kinodan gedir

3-06-2014, 10:20   
Ancelina Coli kinodan gedir
Məşhur Hollivud ulduzu Ancelina Coli kariyerasına son qoyacağını bir daha açıqlayıb.

Məşhur aktrisa Ancelina Coli bu barədə "BBC Radio Five"-a verdiyi açıqlamada bildirib.

O, Misir kraliçası Kleopatradan bəhs edən filmdə oynadığı rolun son rolu ola biləcəyinə eyham vurub.

Kleopatra obrazının qarışıq bir obraz olduğunu, çətin olsa da rolunun öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni etdiyini bildirib.

"Nəyəsə tamamilə bütün gücünü verirsənsə, müsbət mənada bunun sonuncu olduğunu hiss edirsən. Belə bir roldan sonra nə edə bilərsən ki?" - deyə, Coli öz karyerasına son qoymaq barədə fikrini bir daha təkrarlayıb.

Qeyd edək ki, BMT-nin xüsusi elçisi olan məşhur aktrisa bundan bir neçə il əvvəl də karyerasına son qoymaq barədə danışmışdı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar