Ötən günlərdə İstanbula yollanan xalq artisti Aygün Kazımova Türkiyə mediasına maraqlı açıqlamalar verib.
“Habertürk” qəzetinə müsahibə verən sənətçi şəxsi həyatından başlayaraq keçirdiyi əməliyyatları və Hollivud layihəsindən söz açıb. Bundan əlavə olaraq gələcəkdə qısqanclıq ucbatından bir daha ailə həyatı qurmayacağını dilə gətirib:
"On doqquz yaşımda qızımı dünyaya gətirdim. Yaxşı ki, o vaxt ana olmuşam, yoxsa indi layihələrimdən vaxt tapıb ana ola bilməzdim. Qızımla sanki iki bacı kimiyik, hətta bəzən mənə elə gəlir ki, mən onun qızıyam". Qızından ağız dolusu danışan Aygün Kazımova, həyatda əsl sevginin qarşısına çıxmadığını vurğulayıb, əgər bundan sonra çıxsa da evlənməyəcəyini deyib:
"Sevgi münasibəti karyerama mənfi təsir göstərir. Sənətim ikinci plana düşür. Münasibətdə olduğum şəxs işimə qarışır, qısqanır. Mən səhnədə açıq geyinməyi sevirəm, elə geyinmə, belə geyinmə deyirlər. Məni qısqananda xoşbəxt olmuram. İstəyirəm məni sevsinlər, amma mən sevməyim”.