“Mətanət İsgəndərli MTN-in agenti olub”

5-10-2016, 09:33   
“Mətanət İsgəndərli MTN-in agenti olub”
Sabiq rektor itkin düşmüş qardaşı ilə bağlı yenə müğənnini ittiham etdi; əməkdar artist mətbuat katibinə danışmaq qadağası qoyub
“Maddi sübutlarla, tam məsuliyyətlə təsdiq edirəm ki, Mahir Abdullayevi məkan-yer etibarı ilə müğənni Mətanət İsgəndərlinin evindən oğurlayıblar. Bu, konkret cinayət faktıdır, iddia deyil. Mahir Abdullayevin son getdiyi ünvan: Bakı şəhəri, Nizami küçəsi, ev 4, mənzil 8-müğənni Mətanət İsgəndərlinin evi olub. ”

Bu sözləri Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev “Hüriyyət” qəzetinə göndərdiyi məktubunda qeyd edib. E.Abdullayevin iddialarına görə, qardaşının oğurlanması cinayətinin bilavasitə təşkilatçısı keçmiş MTN-in birinci müavini general Hilal Əsədov olub.

Sabiq rektor həmçinin bildirib ki, məlum cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı Təranə, dayısı oğlu-sürücüsü Teymur və onun anası, bacısı, prodüseri Ələddin və bu günə qədər mediada ictimailəşdirilən şəxslərdir: “Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini KQB generalı Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub. Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub”.

Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı cinayət əməlinə görə müğənninin müttəhim kürsündə əyləşməsini tələb edib:

“Mətanət İsgəndərlinin mediada cavablarına diqqət yetirdikdə onun əməkdar artisti-müğənni dilində deyil, bir kriminal, professional ”oğru dili"ndə danışdığını görürük... Nə qədər ki, Hilal Əsədov və müğənni Mətanət İsgəndərli azadlıqdadır, heç bir vaxt Akif Çovdarovun “MTN işi” cinayətlərinə həqiqi və obyektiv hüquqi qiymət verilə bilməz. Onların hər ikisinin Akif Çovdarovla birlikdə məsuliyyətə cəlb olunmasını tələb edirəm".

Barəsində səslənən cinayət əməli ittihamları ilə bağlı müğənni Mətanət İsgəndərli ilə telefon əlaqəsi saxladıq. Müğənninin əvəzinə zəngimizə cavab verən, ittihamlarda adı hallanan bacısı Təranə İsgəndərli heç bir sualımıza cavab vermək istəmədi: “Bütün suallarınızı zəhmət olmasa mətbuat katibi Zəminə xanıma verin. Mətbuat katibini niyə özünə götürüb, yəqin ki, jurnalistləri cavablandırmaq üçün”.

Image result for Mətanət isgəndərli

Müğənninin mətbuat katibi Zəminə Rüstəmova isə Mətanət İsgəndərlinin ona şəxsi həyatı ilə bağlı danışmağı qəti qadağan etdiyini bildirdi: “Son vaxtlar barəsinə bu cür informasiyalar dərc olunduğundan o, ümumiyyətlə şəxsi həyatından danışmaq istəmir. Özü qadağan qoyduğu üçün mənim də ixtiyarım yoxdur bu barədə danışmağa. Yəni, qadağaya görə zəng vurub bu barədə heç nə soruşmuram”.

“Niyə digər müğənninin deyil, məhz Mətanət İsgəndərlinin bu işlərdə adı hallanır?” sualımıza mətbuat katibi bu cür cavab verdi: “Çünki ortalığa bir balaca bir mövzu atıldı. Mətanət xanım da gördü ki, danışanda hər dəfə bir şey çıxacaq və məsələ getdikcə yanlış tərəfə böyüyəcək, ona görə də danışmır”.

Image result for Elşad Abdullayev

Mətbuat katibi onu da vurğuladı ki, müğənni haqqında yalan ittihamlar səsləndirən şəxslər barəsində məhkəməyə müraciət etməyi düşünür.

Image result for Mahir abdullayev

Xatırladaq ki, bundan öncə də ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında dəfələrlə müğənni Mətanət İsgəndərlinin adını çəkib. Mətbuata göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.

Xalidə GƏRAY
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.