İpoteka Fondu «Bank of Azerbayijan»nın payını əlindən aldı
Məşhur iş adamı Hafiz Məmmədova məxsus «Bank of Azerbayijan»a daha bir zərbə vurulub. Bizimyol.info saytının işgüzar dairələrdən əldə etdiymiz məlumata görə İpoteka Fondu banka verdiyi ipoteka portfelini geri çəkib. «Bank of Azerbayijan»dan ipoteka kreditləri götürmüş müştərilər bundan sonra ödənişlərini «Bank Nikoil» və «AFF Bank»a ödəyəcəklər. İpoteka portfeli Hafiz Məmmədovun bankından alınaraq bu iki bank arasında bölüşdürülüb.
Mənbə bildirib ki, «Bank of Azerbayijan»ın səhmləri Hafiz Məmmədovu oğlanlarına məxsusdur. Amma müxtəlif təzyiqlərlə səhmlərin dəyəri ucuzlaşdırılır ki, sonra təhvil-təslim zamanı iş adamı böyük iddialara düşməsin.