Ermənistan politoloqlarından, QHT üzvlərindən, jurnalistlərdən və dövlət nümayəndələrindən ibarət nümayəndə heyəti 30 mayda Rumıniyanın paytaxtı Buxarestdə toplantı keçirib.
Toplantında iştirak edən rumın analitik Armand Qoşu Qarabağ məsələsində Azərbaycanla dil tapmağın ermənilərə xeyri olacağını deyib və azərbaycanlıların Qarabağ uğrunda mübarizə aparmayacağını, Qarabağ uğrunda ölmək istəmədiyini, Qarabağ üçün vuruşmaq həvəslərinin olmadığını bildirib.
Təbii olaraq, bu açıqlama Azərbaycan ictimai fikrində də geniş etiraz doğurub. Ekspertlər hesab edir ki, 25 ildən artıq bir müddətdə münaqişənin davam etməsi, Azərbaycanın sülh danışıqlarına üstünlük verməsi, torpaqları azad etmək üçün müharibəyə başlamaması xarici analitiklərdə belə bir fikir doğurub.
Bəs, vətəndaşlar necə düşünür? Biz xalq olaraq, mübarizə aparmağa, savaşmağa, ölməyə və öldürməyə hazırıqmı?
Musavat.com olaraq bu sualla paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlərin fərqli cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
Nərgiz LİFTİYEVA,
Musavat.com