Yetkin nəsil insanların 60% -i qəhvə içir. Lakin qəhvənin real faydalarından xəbərsiz olan bir çox insan onun çox zərərli olduğunu düşünür. Aydın məsələdir ki, həddən artıq qəhvə ziyandır. Halbuki, müəyyən miqdarda qəhvə qaraciyər xərçəngi və 2-ci tip diabet kimi xəstəliklərin müalicəsində effektiv təsir göstərir.Publika.az bu yazıda oxuyucuları qəhvənin bir çox xəstəliklərin müalicəsində təsiri ilə tanış edib.
Qaraciyər xərçəngiBu ağır xəstəliyi yalnız qəhvə köməyi ilə tam bərpa etməyə ümid etmək olmaz. Ancaq gündə iki fincan qəhvə içirsinizsə, bu, sirrozun inkişafının riskini 44 % -ə qədər azaldacaq.
2-ci tip diabetBu, çox ciddi bir xəstəlik sayılır. Odur ki, müalicə üçün ixtisaslı həkimlərə müracitə etmək lazımdır. Ancaq bu xəstəliyin qarşısını almaq və profilaktikası üçün qəhvənin yaxşı bir yol olduğu ortaya çıxıb. Tədqiqat nəticəsində alimlər bu qənaətə gəlib ki, qəhvə içmək diabet inkişaf riskini azalda bilər. Kafeinin bu problemlə mübarizə etdiyinə inanılır.
Ürək xəstəliyiÜrək ağrısı insan üçün ölümcül ola bilər, odur ki, vəziyyət ixtisaslı həkim nəzarətində olmalıdır. Qəhvə ürək xəstəliyinə qarşı effektiv mübarizə aparır.
XərçəngQəhvənin xərçəng xəstəliyinə təsirini araşdıran həkimlər iddia edir ki, bu içki istifadəsi xərçəng müalicəsinin nəticəsinə müsbət təsir göstərə bilər. İstənilən halda gündə bir fincan qəhvə içmək xeyirdir. Bu, xərçəng hüceyrələrinin meydana gəlməsinə mane olur, ancaq unutmaq olmaz ki, sadəcə qəhvə ilə müalicə olmaq mümkünsüzdür.
Parkinson və Alzheymer xəstəliyiQəhvə Alzheymer və Parkinson kimi xəstəliklərin qarşısını alır. Bir çox tədqiqatlardan sonra elm adamları müəyyən edib ki, hər gün bir fincan qəhvə içmək xüsusən yaşlı nəsildə Alzheymer xəstəliyinin inkişafına mane ola bilər. Parkinson xəstəliyindən əziyyət çəkən insanlar qəhvə içərsə, bu, onların simptomlarını azaltmağa kömək edəcək.
Aytən Məftun